Təbiətin çağırışı: IDEA-nın cavabı gələcək naminədir...
17.09.2025 [09:34]
Yeni layihəyə start verilir
Dünyada elə səslər var ki, onlar hay-küylü deyil. Onlar səssiz ağacların, zəhərlənən çayların, susan heyvanların səsidir. Azərbaycanda bu səslərə qulaq verən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. Onun təşəbbüsü ilə yaradılan IDEA artıq illərdir ki, sadəcə layihə yox, bir ekoloji hərəkat kimi fəaliyyət göstərir.
Bir ideyadan hərəkat doğur...
IDEA 2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə təsis edildikdə məqsəd təkcə ağac əkmək deyildi. Məqsəd, insanlarda təbiətə qarşı sevgi yaratmaq, gəncləri ekoloji düşüncəyə səsləmək, planetin qorunmasını şəxsi məsuliyyətə çevirmək idi. Bu, sadəcə yaşıllıqların qorunması deyil, gələcəyin nəfəs alma haqqıdır. Hər əkilən ağac bir nəfəs, hər təmizlənən sahil bir həyat, hər maarifləndirici layihə bir düşüncənin oyanışıdır.
Yalnız təbiət üçün deyil, insan üçün IDEA
IDEA fəaliyyətlərini yalnız Bakı ilə məhdudlaşdırmadı. Azərbaycanın bölgələrində minlərlə ağac əkildi, nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı real addımlar atıldı, eyni zamanda xarici ölkələrlə beynəlxalq əməkdaşlıqlar quruldu. Xəzərin sahilini zibildən təmizləmək sadəcə ekologiya deyil, vətəndaşlıq borcudur. Dağlarda məhv olan meşələrə sahib çıxmaq sadəcə təbiəti yox, “millətin kökünü qorumaqdır.
Səssizlərin səsini duymaq...
IDEA heyvan haqları, biomüxtəlifliyin qorunması, ekoloji savadlılığın artırılması kimi çoxsaylı sahələrdə aktivdir. Bu gün IDEA-nın təşəbbüsü ilə məktəblərdə ekoloji dərslər keçirilir, könüllülər yetişdirilir, beynəlxalq mükafatlar qazanılır. Bəzən təbiət üçün danışmaq deyil, hərəkət etmək gərəkdir. IDEA Leyla Əliyevanın rəhbərliyi ilə bunu sübut etdi.
Yeni layihə, yeni çağırış...
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Explore Azerbaijan with IDEA” layihəsi fəaliyyətə başlayıb.
İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.
“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

