Onların taleyindən xəbərsizik...
30.08.2025 [08:59]
Beynəlxalq İtkinlər Günüdür
İnsanların hədəf alındığı istənilən qarşıdurma ölüm və işgəncələrlə nəticələnir. Haqlı və haqsız olmasından asılı olmayaraq özü ilə bərabər bəlalar, ölüm-itim gətirən bu qarşıdurmaların dəhşətlərini, ağrı-acısını isə günahsız insanlar yaşayır.
Bu gün dünyada itkin düşmüş, müharibələrdə həlak olmuş, əsir və ya girov götürülmüş minlərlə insan var. 30 avqust Beynəlxalq İtkinlər Günüdür. Həmin gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır.
Belə bir günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır. Beynəlxalq İtkinlər Günündə bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları hər kəsin diqqətini itkinlərin taleyinə cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər. Beynəlxalq hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır. Onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.
Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur. Məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.
3984 nəfər itkinimiz var...
İtkin düşənlərin ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Lakin erməni siyasəti müharibə qanunlarını, beynəlxalq hüququ tanımadı, barbarcasına hərəkət edərək bu insanların da taleyinə aydınlıq gətirmədi.
Erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızla bağlı həqiqətlərin üzə çıxması həm də minlərlə gözüyaşlı ata-ananın, bacı-qardaşın, oğul-qızın təskinlik tapması, gözlərinin yollardan çəkilməsi demək olardı. Vaxt keçsə də, doğmalarının yolunu gözləyən minlərlə ailə hələ də ümidlərini üzməyib. Sözsüz ki, hər bir itkin düşmüş şəxsin taleyi faciədir. İtkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Hələ də ömürboyu itkin sevdiyini gözləyərək saçları ağaran qızlar, əsirlikdə olan atasının həsrəti ilə böyüyüb bu gün özü ata olan, amma gözləri yollardan çəkilməyən övladlar var...
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına görə, Birinci Qarabağ müharibəsində 3984 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3205 nəfəri hərbçi, 779 nəfəri mülki şəxsdir.
36 uşaq və 65 qadından xəbər yoxdur
Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq yerlə-yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.
Daha 37 nəfər...
Erməni quldurları hətta beynəlxalq qurumlardan da çəkinməyiblər. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb, ya da yoxa çıxarılıb. 1998-ci və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib. Onlar BQXK-nin rəsmi qeydiyyatında olublar. Ancaq Ermənistan həmin 54 nəfərdən 17-sini qətlə yetirib. Digər 37 nəfərin taleyi isə bu günə qədər məlum deyil.
6 hərbçimizin taleyi məlum deyil
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin və BQXK-nin yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. Ancaq təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb. Onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb və taleləri bu vaxtadək məlum deyil. Müharibə zamanı əsir götürüldükdən sonra azad edilmiş hərbçilərimizin sayı isə 23, mülki şəxslərin sayı isə 6-dır.
Bütün müharibələr başa çatsa da insanların taleyinə vurduğu yaralar illərlə sağalmır. Müharibənin dərdini elliklə, kütləvi şəkildə yaşayırıqsa əsirin, itkinin acısını fərdlər tək çəkir, bu fərdlərin boynuna, ömrünə biçilmiş qandal olur. Təəssüf ki, beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da, insanlığa yaraşmayan praktikaya qəsdən göz yumur və reaksiya vermirlər...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

