Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
24.08.2025 [12:31]
Avqustun 23-də Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.
Festival zamanı ümumi tutumu 8 985 litr olan plastik tullantı, 1890 olan şüşə tullantı, 2 620 işlənmiş batareya toplanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a açıqlamasında tədbirin bu il ərzində 5-ci festival olduğunu bildirib. Qeyd olunub ki, bu festival da daxil olmaqla 28 min litrdən artıq plastik butulka, 5 min litrə kimi şüşə butulka, 4 500-dən artıq işlənmiş batareya təhvil götürülüb: "Ötən il yeddi belə festival keçirilib. Bu, ən çox sevilən tədbirlərdən biridir və vətəndaşlar kifayət qədər maraq göstərirlər. Onlar evdə çeşidlədikləri plastik, şüşə tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr - kitablar, məktəbli ləvazimatları, qida məhsulları və s. götürüblər. Əslində hər kəs tullantıları düzgün idarəetmə vərdişlərinə malik olmalıdır. Məlum məsələdir ki, paytaxt və rayonlarda çeşidlənmə konteynerləri quraşdırılıb. Biz sadəcə istəyirik ki, vətəndaşlar tullantıların təbiətə verdiyi zərəri anlasınlar və onun qarşısını almaq üçün öz əllərindən gələni əsirgəməsinlər. Bu cür aksiyalar zamanı vətəndaşları tullantıların çeşidlənməsinə stimullaşdırmaq istəyirik. Onlar başa düşsünlər ki, tullantı saydığımız hər şey heç də lazımsız vasitə deyil. Əşyanın öz təyinatı üzrə proses başa çatıbsa, bundan sonra da o, yenidən xammala çevrilə bilər. Plastik tullantılar bu gün qlobal ekoloji problemlərdən biridir. Ölkəmizdə nazirlik tərəfindən bu yöndə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir".
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

