/ / Zəngəzur mahalında yerləşən Nüvədi kəndindən əhalinin deportasiya edilməsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib
Zəngəzur mahalında yerləşən Nüvədi kəndindən əhalinin deportasiya edilməsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib
07.08.2025 [17:37]
Gəncə şəhərində Zəngəzur mahalının Mığrı (Meğri) rayonunun Nüvədi kəndindən əhalinin deportasiya olunmasının 34-cü ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyinin, Mığrı rayon və Nüvədi kənd icmasının və Gəncə üzrə Mığrı bölməsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında keçirilib.
İlk olaraq, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Qərbi Azərbaycandan deportasiya zamanı həyatını itirən soydaşlarımızın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Nüvədi kəndinin keçmişinə və deportasiya dövrünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, akademik Fikrət Əliyev vurğulayıb ki, əzəli sakinlərinin sonuncu deportasiyasına qədər ərazisi 270 kvadratkilometr olmuş Nüvədi kəndi Mığri rayonunun ərazisinin təxminən 40 faizini əhatə edib. 1979-cu ilin statistikasına görə, kəndin əhalisinin sayı 1700 nəfər olub. “1906-cı ildə ermənilərin hücumuna məruz qalan nüvədililər 1909-cu ildə viran qalmış kəndə qayıdıb, onu bərpa edərək yenidən yaşamağa başlayıblar. Bu qırğın və talan 1918-ci ildə də təkrarlanıb. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından sonuncu deportasiyası zamanı da kənd camaatı 1991-ci ilə qədər öz dədə-baba yurdundan didərgin düşməmək üçün müqavimət göstərib. Evlərindən qovulan Nüvədi camaatı Zəngilanın Vejnəli kəndinin yaxınlığında çadırlarda məskunlaşıb. Məhz Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə nüvədililərə Naxçıvandan mütəmadi olaraq yardımlar göndərilib”, - deyə F. Əliyev diqqətə çatdırıb.
Çıxışlarda belə tədbirlərin tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. 12 yaşlı Fatimə Vəliyevanın öz duyğularını bölüşərək, dədə-babalarının yurduna qayıdış istəyi və inamını dilə gətirməsi tədbirə dərin emosional çalarlar qatıb. Nüvədililər öz əzəli yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışın uzaqda olmadığına əminlik ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51

