Arif Babayev avazı bütün zamanlarda könülləri oxşayacaq
01.08.2025 [12:38]
Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev vəfat edib.
Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib.
Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu mənada Arif Babayevi xoşbəxt sənətkarlardan saymaq olar. O, elə səhnəyə qədəm qoyduğu ilk gündən məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi qəbul olunub. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının mahir ifaçısı kimi çox sevilirdi.
Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan böyük şöhrət qazanıb
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilib. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyıb. Arif Babayev xoşbəxt sənətkarlardan idi, çünki tale ondan heç nəyi əsirgəməmişdi. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdən idi. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayıl (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Özünün dediyi kimi, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada gündən-günə cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaradıb...
Onu da qeyd edək ki, “Leyli və Məcnun” operasında Arif müəllimin tərəf müqabilləri əvvəlcə Rübabə Muradova, sonralar Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva, “Əsli və Kərəm”də Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova, “Şah İsmayıl”da Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar. “Gəlin qayası” və “Aşıq Qərib” operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları “yaşamaqla” yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin.
Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır
A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olub, Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim edib, Amerika, Avropa və Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdıb. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.
Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edib. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışıb.
Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Avazı könülləri oxşayan ifaçı
Arif Babayev sənətinin qüdrətidir ki, o, bütün rollara yaradıcı şəkildə yanaşırdı. Həmin qəhrəmanların səhnə həyatını elə canlandırırdı ki, tamaşaçı sanki onları ayrı-ayrı zamanlarda səhnədə deyil, həyatda görüb-duyur və öz yaddaşına köçürürdü. Çünki Arif Babayev böyük sənətkar idi. Arif Babayevin bir mükəmməl ifaçı kimi püxtələşməsində, kamil sənətkar kimi yetişməsində Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyəti əvəzsiz olub. Kərəm kimi yanmaq, səhraların Məcnunu olmaq, Xətai kimi hökmranlıq etmək, Qəribin qərib məhəbbətini yaşamaq və bu rolların rəngarəngliyində Arifliyini təsdiq etmək əsl sənət fədailiyi idi...
Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı bütün zamanlarda könülləri oxşayacaq. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirəcək. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

