Qəbul imtahanları...
17.07.2025 [08:31]
130 mindən çox abituriyent qeydiyyatdan keçib
Hansı çətinliklər olub?
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdi iyulun 13-də başa çatdı. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən, nəticələrin 2 həftə sonra açıqlanması nəzərdə tutulub.
Ötən illə müqayisədə...
Bu il ali məktəblərə qəbul üçün 130 mindən çox abituriyent qeydiyyatdan keçib. Həmin göstərici ötən illə müqayisədə təqribən 12 min artım deməkdir. Buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib.
Plan yerləri artıb
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı, ümumilikdə, 60489 plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerləri 2.21 faiz (1309 yer) artırılıb. Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Qeyd edək ki, qəbul imtahanları başa çatdıqdan sonra toplanan ballar əsasında ali məktəblərə seçim başlayır.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bu il də həmişə olduğu kimi, ali məktəblərə qəbul planı üzrə yerlər 90 faizdən artıq dolacaq.
Bu abituriyentlər çətinliklərlə qarşılaşıblar
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, III ixtisas qrupu üzrə sualların əvvəlki illərlə müqayisədə nisbətən asan olduğu müşahidə edilsə də, I və IV ixtisas qruplarında abituriyentlər müəyyən çətinliklərlə qarşılaşıblar. Onun sözlərinə görə, bu hal bir sıra amillərlə izah olunur: “Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri bəzi abituriyentlər üçün gözlənilən olmayıb. Xüsusilə də blok imtahanında 100 bal həddini keçə bilməyənlərin sayının az olduğu diqqətçəkicidir”.
Nə qədər çox abituriyent kənarda qalarsa...
Ekspertin fikrincə, bəzi abituriyentlər ikinci cəhddə bu həddi keçəcəklərinə ümid etsələr də, nəticə istədikləri kimi olmayıb: “Bu hal, şübhəsiz ki, ixtisas seçiminə də təsirsiz ötüşməyəcək. Ancaq vəziyyət subbakalavrlar üçün daha əlverişlidir. Müsabiqədən kənarlaşdırılan abituriyentlərin yerinə subbakalavrlar boş qalan plan yerlərinə seçim edə biləcəklər. Bu baxımdan nə qədər çox abituriyent kənarda qalarsa, subbakalavrların ali məktəbə qəbul şansı bir o qədər artır”.
700 bal toplayanlar çox olmayacaq
E.Əfəndi qeyd edib ki, 700 bal toplayan abituriyentlərin sayı buraxılış və blok imtahanlarının hər ikisində maksimum nəticə göstərənlərdən asılıdır: “Buraxılış imtahanında 300 bal toplayan abituriyentlər arasında 700 bala yaxınlaşacaq namizədlər ola bilər. Ancaq görünən budur ki, bu say elə də, çox olmayacaq. Statistik rəqəmlər açıqlanmadan isə konkret fikir bildirmək çətindir”.
Təhsil eksperti həmçinin vurğulayıb ki, bəzi abituriyentlər buraxılış imtahanında yüksək nəticə göstərsələr də, blok imtahanında 100 balı keçə bilmirlər: “Bu, imtahan suallarının çətinliyi və struktur fərqlərindən irəli gəlir. Məsələn, buraxılışda 170-180 bal toplayanlar blokda 100 balı keçə bilmir. Bu, imtahan sisteminə yenidən baxılması zərurətini ortaya qoyur”.
Təhsil eksperti Elşən Qafarovun fikrincə isə bu il 700 bal toplayanların sayı ötən illərlə müqayisədə bir qədər çox ola bilər: “Buraxılış mərhələsində 300 bal toplayan təxminən 40-45 abituriyent var. Onlardan bir neçəsinin ikinci mərhələdə də maksimum nəticə göstərməsi mümkündür. Amma burada əsas diqqət 700 bala deyil, ayrı-ayrı ixtisas qrupları üzrə ümumi nəticələrə yönəlməlidir”.
Ekspert əlavə edib ki, ilkin müşahidələr builki nəticələrin daha yüksək olduğunu, əsasən 600-650 bal toplayanların sayında artım olacağını göstərir. E.Qafarov onu da qeyd edib ki, plan yerlərində müəyyən artım olduğundan, digər bal aralıqlarında əvvəlki illərlə müqayisədə elə də ciddi fərq gözlənilmir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17

