Gəncədə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
01.07.2025 [16:54]
Gəncə şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb.
“Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir. Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb.
Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu söyləyib.
Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

