Azərbaycanın intellektual brendi...
01.07.2025 [09:28]
“ASAN xidmət” modelini tətbiq edən ölkələr sırasına Ruanda da qoşulub
Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin adekvat şəkildə təkmilləşdirilməsini, bu sahədə səmərəliliyin yüksəldilməsini şərtləndirir. Respublikamızda aparılan islahatların mühüm bir qolu məhz institusional sferanı əhatə edir. Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması, xüsusilə vətəndaşlara ictimai xidmətlərin göstərilməsində inklüzivliyin təmin olunması böyük aktuallıq kəsb edir.
Vətəndaşlara şəffaf xidmət nümunəsi
Qeyd edək ki, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzindədir. Bu kontekstdə, dövlət orqanları tərəfindən əhaliyə bir çox xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Ölkəmizin intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas niyyət insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkil etmək olub. Və qarşıya qoyulan məqsədlərə də nail olunub.
Azərbaycanın milli brendi olan “ASAN Xidmət”in uğurlu fəaliyyətinin nəticəsidir ki, bir çox ölkələr bu təsisata kifayət qədər böyük maraq göstərir. Artıq bir sıra ölkələr “ASAN Xidmət” təcrübəsini tətbiq edir. Onların arasında Afrika qitəsini təmsil edən dövlətlər də var. “ASAN xidmət” modelini tətbiq edən ölkələr sırasına Ruanda da qoşulur. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.
Anlaşma Memorandumu əsasında...
Səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, Ruandanın dövlət xidməti naziri, eləcə də digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat edilib. Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə baş tutmuş 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ruanda Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqində maraqlı olduğunu bildirib və bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Qeyd edək ki, bu yaxınlarda “ASAN xidmət” modeli əsasında Efiopiyada da “MESOB” dövlət xidməti mərkəzi yaradılıb. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən, ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.
Esvatini, Qana, Qambiya, Maldiv də bu modelə maraq göstərir
Qeyd edək ki, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzindədir. Bu kontekstdə, dövlət orqanları tərəfindən əhaliyə bir çox xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Ölkəmizin intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas niyyət insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkil etmək olub. Və qarşıya qoyulan məqsədlərə də nail olunub.
Azərbaycanın milli brendi olan “ASAN Xidmət”in uğurlu fəaliyyətinin nəticəsidir ki, bir çox ölkələr bu təsisata kifayət qədər böyük maraq göstərir. Artıq bir sıra ölkələr “ASAN Xidmət” təcrübəsini tətbiq edir. Onların arasında Afrika qitəsini təmsil edən dövlətlər də var. “ASAN xidmət” modelini tətbiq edən ölkələr sırasına Ruanda da qoşulur. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.
Esvatini, Qana, Qambiya, Maldiv də bu modelə maraq göstərir
Bundan əlavə, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil-qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum da keçirilib. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də, Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub. Forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər. Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

