Bədən və ruhun harmoniyası!
21.06.2025 [08:21]
Faydaları saymaqla bitməyən Yoqa elmi
Bədən, nəfəs, ağıl, ürək və ruh arasında harmoniyanın təşkilinə yönəlmiş mənəvi nizam deyəndə ağla gələn ilk elm Yoqadır. Yoqa ağıl və bədən, insan və təbiət arasında mükəmməl bir ahəng olduğunu göstərir. Əsası qədim Hindistan mədəniyyətinə dayanan bu elm həm fiziki, həm də zehni sağlamlığı dəstəkləyən təcrübədir.
Günəşin fəallığı ilə bağlı olan tarix...
İyunun 21-i Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Bu gün 2014-cü ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis edilib və əsas məqsədi dünya ictimaiyyətini yoqanın üstünlükləri haqqında məlumatlandırmaqdır. Bayram ilk dəfə 2015-ci ildə qeyd edilib və tarixin seçimi isə Hindistanın Baş Naziri Narendra Modiyə məxsusdur. Bu da təsadüfi deyil. Hindistan yoqanın vətənidir və bu təlim orda qədim zamanlardan mövcuddur. Tarixin seçimi isə Yer kürəsinin yarısı üçün ilin ən uzun gününün üzərinə düşüb. Bu tarix Günəşin fəallığı ilə bağlıdır, bir çox xalqlar üçün müəyyən əhəmiyyətə malikdir və yay gündönümü günü kimi də məlumdur.
Ətraf aləmlə ahənglik təşkil etmək...
Çoxdandır ki, müxtəlif ölkələrdə insanların dünyaya baxışının və özünütəkmilləşdirmənin xüsusi forması kimi yoqa təlimi populyarlaşıb. Bəziləri üçün yoqa işdə və ya biznesdə fiziki və hissi yükdən sonra rahatlanmaq üsulu, digərləri üçün isə bədəni normal vəziyyətə gətirmək, ya da onu mükəmməlləşdirməkdir. Digər bir qism isə yoqa sayəsində ətraf aləmi fərqli qəbul etməyə başlayır və həyatın gerçəkliklərinə başqa cür yanaşır.
Hər insan, yoqa təcrübəsinə ciddi yanaşmaqla, burada özü üçün ona lazım olanı tapır. Xüsusən də bu gün, yoqanın bir neçə istiqamətlərinin mövcud olduğu dövrdə. Daxili ahəngi əldə etmək, ətraf aləmlə ahəng təşkil etmək, orqanizmin fiziki və ruhsal təkmilləşdirilməsi kompleks hərəkətlər təcrübəsi vasitəsilə baş verir.
Kökləri induizmdən gələn yoqa təcrübəsi buddizmlə də bağlıdır, onun əsas məqsədi - hərtərəfli harmoniyadır. Avropa və Amerikada qədim hind məktəbinə maraq XIX əsrdə meydana gəlib, bu təlimin populyarlaşması isə artıq XX əsrə təsadüf edir. Hazırda bütün dünyada yoqa həvəskarlarının sayı davamlı surətdə artmaqdadır.
Yoqanın faydaları nələrdir?
Müntəzəm olaraq yoqa ilə məşğul olmaq bədənin, zehnin və ruhun harmoniyasını təmin edərək ümumi rifahı artırır. Bundan başqa, yoqa bədən elastikliyini artırır, əzələ gücünü yaxşılaşdırır, duruşu düzəldir, ağrıları azaldır, çəki idarəsinə yardım edir, ürək-damar sağlamlığını dəstəkləyir. Eyni zamanda, bəzi yoqa hərəkətləri həzmi yaxşılaşdırır və bağırsaq funksiyalarını nizamlayır, zehni sakitləşdirərək və stressi azaldaraq immun sistemini gücləndirir, yuxunu yaxşılaşdırır. Yoqanın uşaqlara da faydası böyükdür. Belə ki, uşaqlarda stress və təzyiqi azaldır, diqqət və yaddaşı artırır.
Qeyd edək ki, yoqa, meditasiya ilə birləşdirildikdə daha böyük təsir göstərir. Göründüyü kimi, yoqa fiziki, zehni və ruhi sağlamlıq üçün əvəzolunmaz bir vasitədir. Həyat keyfiyyətini artırmaq, stressi azaldıb daxili harmoniya yaratmaq istəyənlər üçün yoqa müntəzəm təcrübə olaraq tövsiyə edilir. Hər yaşda insanlar üçün uyğun olan bu qədim praktika, sağlam və balanslı həyat üçün ideal bir yoldur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

