Qaçqınlıq, məcburi köçkünlük, didərginlik - bəşəri problem...
20.06.2025 [10:15]
20 iyun Ümumdünya Qaçqınlar Günüdür
Son 30 illik tarix II Dünya müharibəsindən sonrakı mərhələdə çoxsaylı və qarışıq kataklizmlərin yaşandığı dövr kimi xarakterizə olunur. Terror hadisələri, müharibələr və etnik ayrı-seçkilik bəşəriyyətin qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. Bu hadisələr nəticəsində isə milyonlarla insan doğma torpaqlarından didərgin düşərək ya öz məmləkətlərində, ya da ki, qonşu və digər ölkələrdə qaçqınlıq həyatı yaşamağa məcbur olublar.
Artıq 25 ildir ki, iyunun 20-si Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Belə ki, BMT-nin Baş Məclisi 2000-ci ildə bununla bağlı xüsusi qətnamə qəbul edib. Şübhəsiz, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Dünyada qaçqınların sayının artmasının qarşısını almaq üçün bu qətnamə qəbul edilsə də, təəssüf ki, hər il bu rəqəmlər kəskin surətdə artmaqdadır.
BMT-dən yeni hesabat
2024-cü ildə dünyada beynəlxalq sərhədləri keçərək sığınacaq axtaran qaçqınların sayı 559 min nəfər azalaraq 36,8 milyona düşüb. Bu, 2011-ci ildən bəri ilk azalma olub. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatında deyilir.
Azalmanın əsas səbəblərindən biri bəzi ölkələrə - Suriya, Cənubi Sudan, Əfqanıstan və Ukraynaya geri qayıdanların sayının artmasıdır. 2024-cü ildə 1,6 milyon nəfər doğma ölkəsinə geri dönüb ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir.
Lakin eyni zamanda, daxili didərgin düşənlərin - yəni ölkə daxilində zorakılıqdan və münaqişələrdən qaçanların sayı artaraq 73,5 milyon nəfərə çatıb. Bu artım əsasən Sudan, Myanma, Haiti və Kolumbiyada baş verən münaqişələrlə əlaqələndirilir.
Ümumilikdə, 2024-cü ilin sonunda dünyada məcburi köçkünlərin sayı 123,2 milyon nəfərə çataraq rekord səviyyəyə yüksəlib. Bu, Yer kürəsində hər 67 nəfərdən birinin doğma evindən didərgin düşdüyünü göstərir.
BMT hesab edir ki, qaçqın problemini həll etməyin yeganə yolu münaqişələrin və hüquq pozuntularının kökündən aradan qaldırılmasıdır. Əks halda, dəstək çatışmazlığı daha geniş humanitar böhranlara yol aça bilər.
Azərbaycan illərlə bu problemdən əziyyət çəkib...
Beynəlxalq Qaçqınlar Gününün hər il Azərbaycanda da qeyd edilməsi təsadüfi yox, zəruri hala çevrilmişdir. Çünki qaçqınlıq Azərbaycan xalqının taleyindən də yan keçməyib. Hələ XX əsrin əvvəllərindən başlayan erməni vəhşiliyi I Qarabağ müharibəsi dövründə daha da şiddətləndi. 1990-cı illərin əvvəlində Azərbaycan qaçqın və məcburi köçkün sayına görə, dünyada ön sıralarda qərarlaşmışdı. 1988-ci ildən başlayaraq ermənilərin əsassız şəkildə Azərbaycan torpaqlarına ərazi iddiaları etməsi Qarabağ müharibəsinin başlanması, Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmişdi. Həmin illərdə Azərbaycan daxilində hökm sürən xaos və anarxiya erməni silahlı qüvvələrinin yolunu açaraq torpaqlarımızın 20 faizinin işğalına gətib çıxardı. Mülki əhalinin müdafiəsinin yetərincə təşkil olunmaması minlərlə insanın itkin və əsir düşməsinə, habelə 700 mindən çox insanın məcburi surətdə el-obalarından sürgün olunmasına səbəb olmuşdu. Həmin ərəfələrdə Azərbaycanın üzləşdiyi digər problem də Qərbi Azərbaycan torpaqlarında 250 mindən çox həmvətənimizin etnik mənsubiyyətə görə erməni rəhbərləri tərəfindən bu torpaqlardan zorla çıxarılması idi. 1990-cı ildə Fərqanə hadisələrində Orta Asiyadan 50 min nəfərə yaxın Axısxa türkü də Azərbaycana gəlib.
“Biz Qarabağda görüşəcəyik!”
Dövlətimiz öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman diqqət mərkəzində saxladı. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti müəyyənləşdirildi. 2003-cü ildən isə bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildi. Amma hər zaman atılan addımların, görülən tədbirlərin sonunda bu fikir unudulmadı - “Biz Qarabağda görüşəcəyik!”.
2020-ci ilin Vətən müharibəsi bu arzumuzu reallığa çevirdi. 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri zamanı şanlı Zəfərə imza atan Azərbaycan dövləti ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu, respublikamız üçün yeni və mühüm mərhələ formalaşdırdı. Bu çağırışların ən ümdələrindən biri isə keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır. Sevindirici haldır ki, Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan “Böyük Qayıdış” hədəfinə doğru inamla irəliləməkdədir. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə ölkəmizin mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Erməni işğalı dövründə illər boyu tikib qurduqları evlərini itirən insanlar doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş reallığa çevrilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

