Müasir Azərbaycan Gəncliyinin Timsalında Milli Qurtuluş Gününün Mahiyyəti
13.06.2025 [12:01]
İllər bir-birini əvəz etdikcə görürəm ki, tarixdə dərin izlər buraxmış, milyonların dərin rəğbətini qazanan və ən əsası millətimizin Ümummilli Lideri kimi əbədiyaşarlıq timsalında varolan Heydər Əliyevin xalqımız üçün etdiyi əvəzsiz xidmətləri tədqiq etdikcə bir daha anlayıram ki, fenomenal şəxsiyyət öz fəaliyyətlərinin məhz qızıl möhrünü gələcəyin gəncləri üçün də ərmağan edib.
Tarixin tozlu səhifələrini nəzər salsaq görə bilərik ki, 1991-1993-cü illərdə Azərbaycan çıxılmaz bir xaosun içində olduğu zaman, Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik edirdi. Sədr olduğu müddətdən biraz sonra burada təhsilin, elmin, mədəniyyətin, tarixi bəşəriyyətin qorunmasına böyük xidmətlər göstərən Ümummilli Liderin yorulmaz səyi nəticəsində - “Ümid körpüsü” açılmış, şanlı üçrəngli bayrağımız qaldırılmış, Naxçıvan MSSR-dən “sovet sosialist” sözləri götürülmüş, habelə siyasi sabitlik qorunub saxlanılmışdır. Lakin Bakıda vəziyyət heç də qənaətbəxş deyildi. Siyasi çəkişmələr, maliyyə problemləri, vətəndaş qırğını, habelə Gəncədə baş verən qiyamlar nəticəsində uzaqgörən xalqımız küçələrə axışaraq Ulu öndərin paytaxta dəvət olunmasını israrla təkid edirdi. Təbii ki, rəhbərlikdə olan şəxslər bunun qarşısını almağa cəhd göstərsələr də xalqın əzmi qarşısında tab gətirə bilməmiş və Heydər Əliyev Bakıya dəvət olunmuş, iyunun 9-da isə Ümummilli Lider Azərbaycan Ali Sovetinə gələrək bəyanatla çıxış etmiş və Gəncəyə gedəcəyini bildirmişdir. Beləliklə, tam mərhələli şəkildə dövlətçiliyimizin qorunması naminə ilkin və qərarlı addım atılmış, Gəncədəki qiyam sona çatmışdır. 15 iyun tarixində isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş və bu tarix Milli Qurtuluş Günü kimi tariximizdə, həyatımızda, milli düşüncəmizdə əbədi yer tutmuşdur.
Qısa müddət ərzində Azərbaycanı uçurumun kənarından alaraq yeni intibaha, tərəqqiyə və çiçəklənməyə aparan Heydər Əliyev müasir gəncliyin inkişafına xüsusi dəyər vermişdir. Belə ki, 26 iyul 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) təsis olunmuş, Heydər Əliyevin birbaşa iştirakı ilə Azərbaycan gənclərinin forumu keçirilmiş (1996; 1999), 2 fevral “Azərbaycanda Gənclər Günü” kimi elan edilmiş, 1999-cu ilin iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” qərar qüvvəyə minmiş, idmanda uğur qazanan gənclər orden və mükafatlarla təltif olunmuşdur.
Bu uğurlu siyasətin davamı olaraq cənab İlham Əliyev üçün - “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli Lider Heydər Əliyevin nə qədər haqlı olduğunu zaman bir daha bizlərə göstərmiş oldu.
Suveren Azərbaycan gəncliyi anlayışının meydana çıxması, 2007-ci ilin “Gənclər ili” kimi elan olunması, “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, bu sahə üzrə 4 illik Dövlət Proqramının təsdiqi və reallaşdırılması, regionlarda gənclər evinin və olimpiya komplekslərinin açılışı cənab İlham Əliyein bizlərə göstərdiyi sonsuz sevginin, rəğbətin və diqqətin əyani rəmzidir.
Əldə olunan uğurların, qazanılan nailiyyətlərin, qələbələrin, tarixi Zəfərin özündə məhz bu Milli Qurtuluş Günü mühüm əhəmiyyət və məna kəsb edir. Mən bunu qurtuluşdan şanlı Zəfərə uzanan məşəqqətli və dərin tarixi izlərə malik bir yol kimi görürəm. Ümid edirəm bu yol hər zaman sönməz bir çiraq tək əbədi olaraq yanar.
Kənan Qubadzadə,
Gənclər Mərkəzi İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

