Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ondan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

Ondan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

13.06.2025 [09:36]

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.

Bakı Beynəlxalq hava limanından bildirilib ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:

”AJet” – İstanbul–Tehran (Boeing 737)

”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737)

”Air Arabia” – Moskva–Şarjah (Airbus A320)

”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320)

”Etihad Airways” – Moskva–Abu-Dabi (Boeing 787)

”Turkish Airlines”- İstanbul-Pxuket (Airbus A330)

Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.

Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31