“Tanrı adam”lar
13.06.2025 [08:14]
Albinizm haqqında Maarifləndirmə Günüdür
Dünyada qəribə hallar çoxdur - bəzən qaşları, saçları tamamilə ağ olan insanlar diqqəti cəlb edir. İnsanların onları diqqətlə izləmələrindən, baxmalarından narahat olanları da var. Bəzən belə insanların kompleksli olduğu iddia edilir - ancaq onlar da hər kəs kimi normal insanlardır. Sadəcə, dərilərinin rəngi ilə fərqlənirlər. Söhbət hələ qədim dönəmlərdə “Tanrı adamlar” adlandırılan albinoslardan gedir. Belə insanlara “fosfor adamlar” da deyilir.
Albinosların bəzisi düşünür ki, tanrı onları bu cür yaratmaqla yalnız bir piqmenti-melanini deyil, bütün azadlıqlarını alıb. Albinizm dəridə piqmentin anadangəlmə yoxluğudur və genetik xəstəlikdir. Belə insanlarda piqmentlər inkişaf etmədiyi üçün onların rəngi ağ olur. Albinizm insan dərisində, saçlarda və gözlərdə həmin hissələrin normal rəngini verən boya maddəsinin irsi olaraq yoxluğudur. Xəstəlik 3 cür olur: bütün bədəni əhatə edən albinizm, göz albinizmi və dəri albinizmi. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir.
Gizli daşıyıcılar...
Albinoslar Günəşi heç sevmirlər. Çünki dəriləri Günəşə qarşı çox həssasdır. Onlar özlərini Günəş şüalarından qorumalıdırlar, əks təqdirdə dəri xərçənginə tutulmaq riskləri çox yüksəkdir. Genetiklərin araşdırmalarına görə, insanlarda albinizm geni, əslində, nadir deyil, sadəcə, çox vaxt bu gen aktiv olmur. Təxminən hər 70 min nəfərdən birinin onun gizli daşıyıcısı olduğu təxmin edilir.
Albinosların övladı mütləq albinos olur?
Mütəxəssislər albinizmdən əziyyət çəkənlərin övladlarının da böyük ehtimalla albinos olacağını bildirirlər. Ancaq bunu dəqiq demək olmaz. Çünki xəstəliyin özünün qanunları var. İrsi xəstəlik olduğu üçün dəqiq diaqnoz qoymaq mümkün deyil.
Hər 20 min nəfərdən biri...
Statistikaya görə, dünya əhalisinin təqribən 1 faizi albinosdur. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Hər il onlarla albinos öldürülür. Xüsusilə Tanzaniyada cadugərlər albinosların saç, qol, ayaq və qan kimi bədənlərindən alınan parçaları, insanları zəngin edəcəyi qarşıya qoyulan bir iksir istehsalında istifadə edirlər. Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar.
Albinizmin müalicəsi...
Hələ ki, tibbdə xəstəliyin tam müalicəsi yoxdur. Lakin araşdırmalara görə, genetika üzərində çalışan mütəxəssislər tərəfindən xəstəliyin tam müalicə edilməsinin yeganə yolu albinizmi yaradan xromosomun tapılması və idarə edilməsidir. Nə vaxtsa xromosomların idarəsi mümkün olsa, tam müalicə də tapıla bilər.
Artıq 11 ildir ki, iyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günü kimi qeyd edilir. Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. Ölkəmizdə də albinizm hər 20 min insandan birində aşkarlanır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

