Dönərdən kütləvi zəhərlənmələr...
11.06.2025 [08:11]
Nələrə diqqət edilməlidir?
Məlum olduğu kimi Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub. Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner”də 17 nəfərin zəhərlənməsi barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub. Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Eksperlər hesab edirlər ki, isti havalarda qida zəhərlənmələri artır. Zəhərlənmə qidanın tərkibindəki bəzi mikroorqanizmlərin zəhərli olması nəticəsində baş verir. Bundan başqa, yeməyin metal qablarla və bəzi kimyəvi maddələrlə təması da zəhərlənmələrə səbəb olur. Qida zəhərlənmələri daha çox ət və süd məhsulları, sosiska, kolbasa, dondurma, mayonez kimi məhsulların istifadəsi zamanı yaranır.
Gigiyenik normativlərə tam əməl olunmalıdır!
Qida zəhərlənməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”a danışan qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, yay ayları üçün ən təhlükəli qidalar sırasına daxil olan yeməklərdən biri “fast-food”lar, eyni zamanda, dönərlərdir. Zəhərlənmələrin simptomları qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir: “Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi olaraq soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklər nəzərə alınaraq ictimai iaşə obyektləri və restoranlar gigiyenik normativlərə tam əməl etməlidir. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin”.
Vəziyyət ürəkaçan deyil...
Ekspert qeyd edib ki, insanları maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilsə də, davamlı monitorinqlər aparılsa da, vəziyyət heç də ürəkaçan deyil: “Zəhərlənmələrə daha çox gənclər, yeniyetmələr, məktəblilər, tələbələr arasında rast gəlinir. Amma cavan və yaşlı insanlar da bundan sığortalanmayıb. Dönərxanalarda aparılan monitorinqlərin nəticələrinə görə, yaranan uyğunsuzluqlar bir çox hallarda ətin mənşəyindən asılı olsa da, digər hallarda sanitar-gigiyena normalara əməl olunmamasından qaynaqlanır. Mütləq şəkildə bu kimi məhsulları alarkən diqqətli olmaq lazımdır”.
Dönəri hazırlayanlar vaxtaşırı tibbi nəzarətdən keçməlidir!
M.Hüseynova onu da bildirib ki, dönəri hazırlayan şəxslər vaxtaşırı tibbi nəzarətdən keçməsi, təmizlik qaydalarına riayət etməsi də vacibdir: “Eyni zamanda istifadə olunan tərəvəzlər təmiz olmalı, onların üzərində hər hansı torpaq qırıntısının və yaxud da çirkin qalmamasına diqqət olunmalıdır. Eləcə də istifadə edilən olunan ketçup və mayonez yüksək risk qrupuna aid məhsullar sırasında olduğuna görə, soyuducu qablarda daşınmalı və daim soyuq temperaturda saxlanılmalıdır. Ancaq təəssüf ki, əksər yerlərdə həmin məhsullar dönər bişirilən yerdə, isti temperaturda saxlanılır. Bu da onun tərkibinin dəyişməsinə gətirib çıxarır. Belə olan hallarda həmin məhsuldan istifadə etmək tövsiyə olunmur. İmmun sistemi aşağı, xroniki xəstəliyi olan insanlar, azyaşlılar, yüksək risk qrupunda olan yaşlı fərdlər həmin qidalardan daha tez zəhərlənirlər. Ona görə, birmənalı şəkildə açıq satışda hazırlanan, mənşəyi bəlli olmayan küçə yeməklərinə üz tutmasınlar. Çünki bu, onların həyatları bahasına başa gələ bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48

