Regional inkişaf diqqət mərkəzində
31.05.2025 [10:39]
İndiki mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası, ora Böyük Qayıdışın təmin olunması ölkə gündəliyinin mühüm proriteti kimi müəyyənləşdirilsə də, digər bölgələrə də diqqət və qayğı azalmayıb. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər kimi, başqa bölgələrə də tez-tez səfərlərə getməsi bunu bir daha təsdiqləyir. Elə bugünlərdə dövlətimizin başçısı İsmayıllı rayonuna səfərə gedib, burada mühüm yol infrastrukturu layihəsinin icrası ilə tanış olub, yeni sosial-iqtisadi təyinatlı obyektlərin açılışına qatılaraq Özünün dəyərli tövsiyələrini verib.
Regional inkişaf ölkənin əsas prioritetlərindən biri kimi
Müstəqil Azərbaycan hər cəhətdən nümunəvi inkişaf modelinə malikdir. Həmçinin respublikamızın regional inkişaf konsepsiyası da bir sıra üstün cəhətləri ilə fərqlənir. Müqayisələr apardıqda biz ayrı-ayrı ölkələrdə inkişafın sırf paytaxtlar və yaxud iri şəhərlər üzrə təmərküzləşdiyinin şahidi oluruq. Azərbaycan isə fərqli yol tutub. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin siyasi iradəsi, qəbul etdiyi mühüm qərarlar, ardıcıllıqla aparılan islahatlar və böyük həcmli investisiya qoyuluşu sayəsində bütün ölkə üzrə tarazlı inkişaf təmin olunub.
Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır ki, bu da ölkəmizdə regional inkişafın prioritetliyini şərtləndirir. Azərbaycanda sürətli inkişafın bütün ölkə üzrə təmin edilməsi strategiyası konseptual səciyyə daşıyır. Regional inkişaf proqramları çərçivəsində yaradılan müasir infrastruktur bütün ölkə üzrə iqtisadi inkişafa güclü təkan verib. O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. Bütün ölkə üzrə aqrar sektorun yeni yanaşmalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, bəhs olunan dövrdə respublika üzrə 51 aqropark yaradılıb. Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi ilə Çindən ABŞ-a qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir.
İqtisadi inkişafla paralel şəkildə, regionlarda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər görülür. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən müddətdə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, kənd yollarının abadlaşdırılması, su, qaz, elektrik təminatının gücləndirilməsi bölgələrdə yaşayan insanların həyat səviyyəsini yüksəldir və vətəndaş məmnunluğunu artırır.
Dövlət başçısının səfərləri regional inkişafa güclü impuls verir
Dövlət başçısının müntəzəm hal alan səfərləri regional inkişafa güclü impuls verən amil qismində çıxış edir. Son illərin statistikasına diqqət yetirsək, görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir. Dövlət başçısının bölgələrə səfərləri Naxçıvan, Gəncə - Daşkəsən, Qazax - Tovuz, Quba - Xaçmaz, Lənkəran - Astara, Mərkəzi Aran, Mil - Muğan, Şəki - Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Regionlara səfərlər adətən dövlət başçısının iştirakı ilə baş tutan mühüm tədbirlərlə yadda qalır. Bu baxımdan İsmayıllıya səfər də istisnalıq təşkil etməyib. O cümlədən səfər çərçivəsində Prezident İlham Əliyev Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.
Bildirilib ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.
Prezident İlham Əliyevin İsmayıllı şəhərində açılışına qatıldığı 1296 şagird yerlik internat tipli “Talıstan” liseyinin binasının inşası Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
İsmayıllıda həmçinin Prezident İlham Əliyevin iştirakı ilə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni istehsal müəssisəsinin açılışı da baş tutub. Rayonun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

