Azərbaycanda aparılan pensiya islahatları: nəticələr və perspektivlər
16.08.2013 [09:23]
Bu gün sosial müdafiə sahəsindəki islahatlar özünün məntiqi sonuna yaxınlaşır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının sosial müdafiə fondunda sistemli məlumat bazasının təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, vətəndaşlarla ünsiyyətin elektron formasının yaradılması, öz-özünə tədricən yox olan paylayıcı sistemin yeni - paylayıcı- yığım və daha sonra da könüllü sistemə keçməsi məqsədini daşıyan çox böyük işlər görülmüşdür.
Ölkədə islahatların yaranmasına nəyin səbəb olduğunu qısaca vurğulamaq lazımdır. İslahatların təməli Ulu öndər Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın təsdiq edilməsi ilə qoyulmuşdur ki, bu da artıq 2003-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının (BMTİP) birgə layihəsinin yaranmasına gətirib çıxarmış, daha sonra, 2005-ci ildə bu layihəyə Ümumdünya Bankı qoşulmuş və bununla da islahatların keçirilməsinin üçüncü iştirakçısı olmuşdur.
Ümumiyyətlə, 2002-2012-ci illər ərzində aşağıdakı işlər həyata keçirilmişdi: DSMF-nin əsas binası və onun rayonlar və bölgələr üzrə inzibati şöbələri təmir edilmiş və yenidən qurulmuş, DSMF-nin texniki təchizatı yeni informasiya texnologiyalarından istifadə etməklə tamamilə yenilənmiş, fərdi uçot üzrə şöbə yaradılmış, fərdi uçotun sosial-sığorta şəhadətnamələri istismara buraxılmış, pensiyaların alınması üçün pensiya kartları verilmiş, fərdi məlumatların təqdim edilməsi üzrə elektron xidmət yaradılmışdır. Yeri gəlmişkən, sonuncu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkili sahəsində bəzi tədbirlər” haqqında 23 may 2011-ci il tarixli Fərman imzalamışdır ki, bu da korrupsiya və bu kimi digər neqativ halların aradan qaldırılması və bütün dövlət qurumları və agentliklərinin şəffaf fəaliyyətinin təmin olunmasına gətirib çıxaracaqdır.
İndi isə islahatlar dövründə hələ də həllini gözləyən müəyyən məsələlər barədə danışaq. Məsələn, DSMF paylayıcı-yığım sistemə tam şəkildə keçmişdirmi və könüllü sistemə keçmək istəyirmi? Bu iş sırf analitik xarakter daşıyır və bu barədə çox bəhs edilmişdir. Ancaq ümumi şərh üçün bir sətirlə qeyd etmək istərdim ki, vətəndaşları öz gələcəklərini planlaşdırmağa təşviq etmək üçün xüsusi proqramlar yaratmaq lazımdır, çünki vətəndaşlar təqaüdə çıxarkən artıq müəyyən pensiya ödənişi ilə təmin ediləcəklərinə əmin olmalıdırlar. Bu cür təşkilat üçün, əlbəttə ki, beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də artıq dövlətin qanunverici və icra səviyyələrində islahatların yeni mərhələsinə keçidin nə qədər mümkün olduğunu bilmək lazımdır. Bütün bunların hamısı bu gün gündəlikdə duran məsələlərdir, şübhəsiz ki, bu məsələdə tələsmək olmaz. Azərbaycan Prezidentinin bu yaxınlarda təsdiq etdiyi 2020-ci ildə strateji inkişaf və İKT sistemlərinin bütün dövlət qurumlarına tətbiqi haqqında proqram sosial sistemin daha sürətlə inkişaf etməsinə gətirib çıxaracaqdır. Bəlkə də bu, öz növbəsində, insanlarda sosial təminat sahəsində mənəvi komponentin inkişafını sürətləndirən qeyri-dövlət pensiya fondlarının yaranmasına, eləcə də, əhalinin müstəsna rol oynayacaqları gələcəklərinə daha da yaxınlaşmasına və inanmasına gətirib çıxaracaqdır.
Dövlət Sosial Müdafiə Fondu buğun, öz növbəsində, müasir sosial bazanın və bütünlükdə sosial-sığorta sisteminin təməlini təşkil edir. Ancaq islahatların gedişində, hər zaman yeniliklərin düzgün və hamar şəkildə həyata keçirilməsinə əngəl törədə biləcək bir çox problemlərlə qarşılaşırsan. Bu cür problemlər hər şeydən başqa islahatların təşkili üzrə həyata keçirilən tədbirlərin qeyri-effektivliyindən də asılıdır. Öz növbəsində, sosial sistemin sonrakı planlı inkişafına düzgün istiqamət verməyə şərait yaradan element kimi yenidən təşkilin struktur tərkib hissəsinin mühüm amilini də müəyyənləşdirmək lazımdır.
Gələcəyə baxış hər zaman yeniliklərin kökündə duran konsepsiyadır. Bu və ya digər tədbirlərin nə qədər səmərəli olacağı və əhalinin sosial tərkibi ilə ziddiyyət təşkil etməyəcəyi onun cəmiyyət tərəfindən hansı şəkildə qarşılanmağından asılıdır. Bu gün hər bir gənc insan özünü gələcəkdə sosial cəhətdən təmin olunmuş və tam şəkildə müdafiə olunmuş görə bilməlidir. Bu gün islahatların aparılması zamanı birinci növbədə məhz bu amilə diqqət yetirilməlidir. Mövqelərin daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün sosial müdafiəyə ehtiyacı olan təqaüd yaşlı insanların tələblərini yerinə yetirmək lazımdır. Gördüyümüz kimi, dövlət sosial-sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi üzrə bu cür layihələrin həyata keçirilməsi üçün çox səy göstərir. Sonralar pensiya sisteminin müasir tipinin yaradılması əhalinin pensiya yığımlarına etibar etməsinə gətirib çıxaracaqdır. Belə ki, bu, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün irəliyə doğru mühüm addım olacaqdır. Bu, həm seçim nöqteyi - nəzərindən, həm də təqaüdə çıxarkən öz gələcəyini təşkil etmək baxımından vətəndaşlar üçün əlverişli şərtlər yaradacaqdır. Öz növbəsində pensiya əmanətlərinin özəl pensiya fondlarına qoyularkən, mütləq sığorta olunmalı və bilavasitə dövlət nəzarəti altında olmalıdır. Bir daha vurğulamaq lazımdır ki, yaxın gələcəkdə sosial müdafiə sahəsində toplanmış təcrübə vasitəsilə sosial təminat sistemini təşkil etmək və təkmilləşdirmək mümkün olacaqdır. Bunun üçün mükəmməl ilkin şərtlər və təməli 2000-ci illərin əvvəlində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan başlıca kurs mövcuddur və Azərbaycan Respublikasının illərin sınağından keçmiş sosial müdafiə sisteminin inkişafı kursu bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənir və davam etdirilir.
Rüstəm Rüstəmov,
İqtisadiyyat üzrə ekspert
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
