Mürəkkəb və çoxşaxəli proses...
17.05.2025 [08:17]
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
Cəmiyyətin inkişafında əsas faktorlardan biri informasiya mədəniyyətidir. Məlumdur ki, insan daim ətraf mühit ilə informasiya mübadiləsində olur. Hazırkı dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi hər bir ölkənin mühüm göstəricilərindən hesab olunur. İnformasiya cəmiyyətinin formalaşması isə mürəkkəb və çoxşaxəli bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini necə dərk etməsindən və ondan necə istifadə etməsindən birbaşa asılıdır.
İnformasiya inqilabları...
Qeyd edək ki, bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş vermiş informasiya inqilabı dayanır. Belə ki, 1-ci informasiya inqilabı hələ çox qədim zamanlarda insanlar arasında informasiya mübadiləsinin əsasını təşkil edən nitqin meydana gəlməsi və inkişafı ilə baş verdi. 2-ci informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının meydana gəlməsi ilə əlaqədardır. 3-cü informasiya inqilabı 15-ci əsrin sonuna təsadüf edir. Belə ki, 1947-ci ildə alman alimi Quttenberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. 4-cü informasiya inqilabının əsasını isə elektrik kəşfi nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəlməsi təşkil edir. Sonralar elmi-texniki tərəqqinin inkişafı nəticəsində isə radio və televiziya kəşf olundu. Beləliklə, bu inqilabın verdiyi imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı.
“Rəqəmsal transformasiyada gender bərabərliyi”
Bu gün informasiya cəmiyyəti mahiyyət etibarı ilə qlobal xarakter alıb. Hətta bu cəmiyyətin şərəfinə yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib.
Bu gün üçün hər il bir mövzu müəyyən edilir. 2025-ci il üçün seçilmiş mövzu “Rəqəmsal transformasiyada gender bərabərliyi”dir.
Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması haqqında müqavilə imzalanıb. Belə bir ittifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək idi.
Azərbaycanda informasiya cəmiyyəti
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da 17 may Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Qeyd edək ki, Azərbaycan BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
İnformasiya təhlükəsizliyi...
İnformasiya təhlükəsizliyi kifayət qədər mürəkkəb və geniş anlayışdır, onun vahid, birmənalı elmi tərifi yoxdur. Hazırda informasiya təhlükəsizliyi problemləri həm vətəndaşlar, həm də təşkilatlar üçün aktualdır. İnformasiya təhlükəsizliyi dövlət idarəçiliyində də vacib prosesə çevrilir. Bu təhlükəsizliyin təmin edilməsi problemlərinə müasir baxışlar xeyli genişlənib və indi onun vacib aspektlərini texnoloji məsələlər deyil, daha çox idarəetmə, yəni menecment problemləri və müvafiq idarəetmə sisteminin keyfiyyəti məsələləri təşkil edir. Qloballaşma şəraitində təşkilatlar daha yaxşı rəqabət qabiliyyətini təmin etmək üçün informasiya təhlükəsizliyi infrastrukturunun bütün elementlərinin mərkəzləşdirilmiş idarə edilməsinə üstünlük verirlər. İnformasiya təhlükəsizliyinin idarə edilməsinə belə yanaşma idarəetmənin geniş yayılmaqda olan texnologiyası kimi e-dövlət üçün də təbii seçimdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

