Mavi və ağ işığın orqanizmə təsirləri
16.05.2025 [08:36]
Həm xeyirli, həm də zərərlidir...
2017-ci ildə UNESCO mayın 16-nı Beynəlxalq İşıq Günü elan edib. Həmin il 147 ölkədə elmin, mədəniyyətin, sənətin, tibbin, eləcə də gündəlik həyatda işıq roluna həsr olunmuş 13000-dən çox tədbir təşkil edildi. Günün keçirilməsində əsas məqsəd - işığın insan həyatında, bəşəriyyətdə əvəzsiz rolunu yada salmaqdır.
Bayramın tarixi isə fizik və mühəndis T.Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin uğurla nümayiş etdirildiyi 16 may tarixi seçilib. Məhz müxtəlif ölkələrin, qitələrin fizika cəmiyyətləri, elmi-tədqiqat institutları və təhsil müəssisələri Beynəlxalq İşıq Günü çərçivəsində tədbirlərin təşkili və keçirilməsi, həmçinin qarşıya qoyulan vəzifələrlə bağlı məsələlərə baxılması və həll edilməsi ilə məşğul olan əlaqələndirmə şurasını yaradıblar.
İşıq texnologiyalarının sənaye və kənd təsərrüfatında, səhiyyədə, mədəniyyət və məişətə qədər hər sahədə tətbiqi geniş imkanlar yaradır. Bununla belə süni işığın, xüsusilə smartfonlar və kompüterlərin ekranlarından gələn işığın dəriyə zərərləri və faydaları son illərin mübahisə yaradan mövzularındandır.
Süni işığın orqanizmə təsirləri...
Görülə bilən işıq, gözümüzdə bir reaksiya yaradan işıq enerjisidir və bu 390-789nm ölçüsündə olan işıq dalğalarıdır. Təbii ki, dalğa ölçüsü uzandıqca zərərli təsirləri azalmaqdadır. Mütəxəssislər, 390-440 nm olan mavi işıq dalğalarının insan gözünə zərər verə biləcəyini düşünürlər.
İnsan dərisinin mavi işığa ehtiyacı var
Aparılan araşdırmalara görə, mavi işıq bədən hormonlarını tənzimləyərək bioloji ritmi normaya salır. Yeni doğulan uşaqlarda müşahidə edilən sarılıq olaraq bilinən qaraciyərin aktiv hala gəlməsi və bilirubin səviyyəsinin tənzimlənməsi üçün körpələr mavi işıqla müalicə edilir. Əksər kosmetoloqlar, dermatoloqlar sızanaqların müalicəsində mavi işıqdan istifadə edirlər.
Bədənin aktiv hala gəlməsində mavi işığın rolu böyükdür. Xüsusilə insanlarda görülən D vitamini əksikliyi, günəşin ultrabənövşəyi və mavi dalğa boyundakı işıqlar vasitəsilə bədən tərəfindən təmin edilir. Bu baxımdan insan dərisinin mavi rəngə ehtiyacı var.
Zərərləri də mövcuddur
Bununla yanaşı mavi işığın zərərləri də mövcuddur. Belə ki, dəridə problemlərə yol aça bilər. Bunun üçün də günəş şüalarından qorunmaq üçün kosmetoloqlar günəş kremindən istifadə etməyi tövsiyə edirlər.
Qadcetlərin mavi işığı istənilən dəriyə zərər verir. Melatonin istehsalına maneə törədir, nəticədə insan kifayət qədər yuxuya gedə bilmir və özünü yaxşı hiss etmir. Buna görə insan sağlamlığı üçün bir çox tövsiyələr arasında yatmadan bir neçə saat əvvəl telefon və digər cihazları bir neçə saat kənarda qoymaq məsləhət bilinir.
Böyük dozalarda görünən mavi işıq dəri üçün mənfi amil ola bilər. Eyni zamanda, eyni mavi işıq və ultrabənövşəyi şüalar dəri xəstəliklərinin müalicəsində istifadə olunan fototerapiyanın bir hissəsidir. Mavi işıq dəri ilə yanaşı göz üçün də zərərli ola bilər. Bu səbəbdən mütəxəssislər elektronik əşyalara baxarkən xüsusi eynəklərdən istifadəni tövsiyə edirlər.
Ağ işıq verən lampaların orqanizmə zərərləri
Ətrafa ağ işıq verən qənaətcil lampaların insan orqanizminə ziyanlı olduğu bildirilir. Belə ki, dünya alimləri elektrik enerjisinə qənaət edən luminiset (süd lampası və ya neon da deyilir) lampalarının 1 metrdən az məsafədə elektromaqnit çirklənmə ilə insan həyatı üçün təhlükə yaratdığını iddia edirlər. Mütəxəssislər belə lampalardan ən azı 1 metrlik məsafədə olmağı məsləhət görürlər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu lampaların yaydığı B və C şüaları üz dərisi və gözlər üçün zərərlidir. 1 metrdən daha az məsafədə isıq verəndə luminiset lampaları elektromaqnit çirklənmə yaradır və bunun insan üçün böyük ziyanı var.
Araşdırmalar onu da sübut edib ki, luminiset lampalarının ən zərərli cəhəti titrəmə effektinin olmasıdır. Hansı ki, bunun da nəticəsində gözlər yorulur. Həmin lampaların istifadəsi zamanı rənglər təhrif olunur. Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar geniş yayılmayıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

