İş insanın cövhəridir!
01.05.2025 [08:36]
Beynəlxalq Əmək Günüdür
İnsan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtlərindən biri əməkdir. Adətən əmək, zəhmət dedikdə, elə fikirləşirlər ki, bu yalnız fiziki işdir, fəhlə və ya kəndli əməyidir. Lakin zehni işlə məşğul olan tədqiqatçılarımızı, elmin yüksək zirvələrini fəth edən alimlərimizi, bədii yaradıcılıq sahəsində çalışan şair və yazıçılarımızı, rəssam və bəstəkarlarımızı da unutmaq olmaz. “İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar isə əməklə bağlı xalq deyimlərimizdir.
Dahi şairimiz Nizami Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir edib və əməyə yüksək qiymət vermişdi. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır...
Bu gün yorulmadan çalışan, əziyyət çəkən zəhmətkeşlərin bayramıdır. Mayın 1-i bir çox ölkələrdə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur. 1 May vaxtilə keçmiş Sovet İttifaqında xüsusi təntənə ilə qeyd olunduğundan demək olar ki, proletariatın bayramı kimi təqdim edilirdi. Lakin bu bayram bir çox ölkələrdə də qeyd olunur.
Ayrı-ayrı dövrlərdə 1 May bayramı fərqli adlar daşıyıb: Dünya Fəhlələrinin Həmrəylik günü, Dünya Zəhmətkeşlərinin Həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və Bahar günü və s.
Yeri gəlmişkən, 1 May bayramı ilə bağlı ayrı-ayrı ölkələrdə zaman-zaman yeni ənənələr də yaranıb. Məsələn, həmin gün Fransada qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada isə gül festivalı keçirilir. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. İsveçdə isə mayın 1-də insanlar evdən çıxardıqları tullantıları yandırırlar.
SSRİ dağıldıqdan sonra Rusiyada bu bayram Əmək və bahar bayramı, Finlandiyada tələbələrin bahar karnavalı kimi qeyd edilir. 1996-cı ildən Qazaxıstanda 1 may tarixi xalqın birlik bayramı elan olunub. İngiltərədə həmin gün milli paltar geyinən sakinlər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar. Belarusda, Qırğızıstanda, Çində, Şri-Lankada 1 May bayramı əmək bayramı adı ilə qeyd olunur.
Bayramın tarixi barədə nələri bilirik?
Qeyd edək ki, bayramın qeyd olunması ilk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı ortaya çıxıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 may 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində - Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.
Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.
4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb. Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.
Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs - Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.
1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb. Sovet İttifaqında bu bayram möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına - Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirirlərdi.
1 Mayı hansı ölkələr kütləvi şəkildə qeyd edir?
Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiya, İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Xüsusən də Çin, Şimali Koreya, Vyetnam, Kuba, Venesuela, Bolivyada bu bayram kütləvi şəkildə qeyd olunur. ABŞ və Yaponiyada 1 may bugünkü tarixdə deyil, başqa təqvimdə qeyd edilir.
Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

