“Qəbul imtahanında 700 bal toplayacağıma öncədən əmin idim”
01.08.2013 [09:38]
Aytən Paşazadə: Uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir
Xəbər verildiyi kimi, iyulun 28-də IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib. Bu ixtisas qrupu üzrə 11793 abituriyent imtahan verib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunlarıdır. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitiriblər. Onu da qeyd edək ki, IV qrup üzrə imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçirilib. İmtahanların idarə olunması üçün 98 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1018 nəzarətçi-müəllim cəlb olunub.
Yeri gəlmişkən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı rəsmi məlumata əsasən, bu il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 2 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. Onlardan biri də Mingəçevir şəhəri 7 saylı orta məktəbi bitirən Paşazadə Aytən Vaqif qızıdır.
Məktəbinə uğur gətirən qız
Qeyd edək ki, Aytən Paşazadənin bu uğuru onun təhsil aldığı orta məktəbdə coşqu ilə qarşılanıb. Bunu qəzetimizə açıqlamasında həmin məktəbin direktoru Aidə İsmayılova deyib. Direktor öncə bildirib ki, bu il Mingəçevir şəhəri 7 saylı orta məktəbi 48 şagird bitirib: “Onlardan 2-si qızıl medal alıb. Aytən balamız sağ olsun. Həmişə etimad göstərdiyimiz şagird olub. Ona görə də, həm bizim, həm müəllimlərin, həm də valideynlərinin etimadını doğrultdu. Həm özü üçün, həm də məktəbimiz üçün gözəl bir uğura imza atdı. Çox razıyıq”.
“Aytənin uğur qazanacağına inanırdıq”
Aidə İsmayılova deyib ki, məktəbin müəllim kollektivi Aytənin bu uğuru qazanacağına çox inanırdı: “Aytən Paşazadənin uğur qazanacağına, yüksək nəticə əldə edəcəyinə inanırdıq. Çünki Aytən həm dərslərini yaxşı oxuyub, həm də onun sınaq imtahanlarından aşağı bal yığdığını müşahidə etməmişdik. Çox sərbəst, həyəcansız bir uşaqdır. Obyektiv və potensialı güclü olan bir şagird idi”.
Məktəb direktorunun sözlərinə görə, Aytən Paşazadə zamanını daha çox kitab oxumağa, daha çox bilik əldə etməyə sərf edirdi: “Ümumiyyətlə təhsildə çox yaxşı idi. Bütün günü kitab oxuyurdu. Ona da baxıb, bütün sinif həvəslənirdi. Müəllimlər həvəslənirdi. Yəni, Aytən fəal bir şagird idi”.
“Mingəçevir təhsili hər zaman öz sözünü deyib”
Aidə İsmayılova bildirib ki, Aytən Paşazadə bu il Mingəçevir məktəbliləri arasında 700 bal toplayan ikinci şagirddir: “Bu, Mingəçevirə yaraşan baldır. Bilirsinizmi, təkcə III qrup üzrə qəbul imtahanları zamanı Mingəçevirdən 12 şagird 600-dən çox bal toplayıb. Eyni zamanda, II qrup üzrə də 2 şagirdimiz 600-dən çox bal toplayıb. IV qrup üzrə isə tam nəticələr barədə hələlik məlumatımız yoxdur. Sadəcə bilirik ki, bir şagirdimiz 700 bal toplayıb. Ümumiyyətlə, bu, onu göstərir ki, Mingəçevir təhsili hər zaman öz sözünü deyib. Biz buna çox sevinirik”.
Məktəb direktorunun sözlərinə görə, Aytənin 700 bal toplaması həm ümumilikdə məktəb, həm də şagirdlər üçün əlavə stimul olacaq: “Ümumiyyətlə, məktəbimizin profilinin dəyişdirilməsi məsələsi müzakirə olunur, yəqin ki, bu da təsirsiz ötüşməyəcək. Bu uğur bizim üçün çox sevindiricidir. Onu da nəzərinizə çatdırım ki, bu, Mingəçevirin 3-cü 700 balıdır. 4 il bundan öncə 8 nömrəli məktəbdən İsmayıl adlı şagird də 700 bal toplamışdı”.
Qələbəyə əminlik sonda öz sözünü dedi
Günün qəhrəmanı Aytən Paşazadə də qəzetimizə açıqlamasında bu uğuru qazanacağına əmin olduğunu bildirib. Orta məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərdiyini, fənn olimpiadalarında ilk üçlükdə qərar tutduğunu, əksərən isə birinci olduğunu vurğulayan Aytən Paşazadə “Qəbul imtahanında 700 bal toplayacağıma öncədən əmin idim. Qəbuldan öncə keçirilən sınaq imtahanlarında da yaxşı nəticələr göstərdiyimə görə 700 bal yığacağıma inanırdım. Düzdür, müəyyən tərəddüdlərim var idi. Amma qələbəyə əminlik sonda öz sözünü dedi” - deyə əlavə edib.
Ailə ənənəsi davam edəcək
Aytən bizimlə söhbətində gələcəkdə xalqımıza həkim kimi xidmət etmək istədiyini bildirib. Əslində, bu istəyin gendən, ailə ənənəsindən gəldiyini söyləyə bilərik. Çünki onun hər iki valideyni - həm atası Vaqif Paşayev, həm də anası Aybəniz Paşayeva ixtisasca həkimdirlər və Mingəçevir şəhər xəstəxanasında çalışırlar. “Bizim ailədə atam və anam həkimdir. Yəni, uşaqlıqdan həkim ailəsində böyümüşəm. Ona görə də, bu sahəyə maraq özünü göstərir. Amma bu ixtisası seçməyə məni ailədən kimsə yönləndirməyib. Qərarı özüm vermişəm”, - deyə, Aytən bildirib.
Onu da deyək ki, Aytənin özündən bir yaş balaca qardaşı Adil də orta məktəbi qurtarandan sonra həkim olmaq istəyir.
“Ali təhsilimi xaricdə almaq arzusundayam”
Beləliklə, artıq ilkin mərhələdəki sınaqlar arxada qalıb. Bu gün o, Mingəçevirdən 700 bal toplayan ikinci şagird kimi məktəbinə və ailəsinə böyük sevinc bəxş edib. Bundan sonra isə uğurlarını xaricdə davam etdirmək istəyir. Onun sözlərinə görə, əgər imkan olsa, dövlət hesabına xaricdə ali təhsil almaq istəyir. Bunun üçün Təhsil Nazirliyinə müraciət edəcəyini deyən Aytən Paşazadə imkan olarsa İngiltərə, Almaniya, yaxud da Türkiyədə təhsil almaq istədiyini söyləyib.
Sonda qazandığı bu uğurlara görə oxuduğu məktəbin müəllim kollekivinə minnətdarlıq edən Aytən gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzuladı: “Hər bir şagird uşaq yaşlarından hazırlaşmalıdır. Çünki uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
