Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb
20.04.2025 [11:15]
Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival zamanı 3 min 481 litr plastik butulka, 1040 litr şüşə butulka, 831 ədəd işlənmiş batareya toplanıb.
“Tullantıları hədiyyələrə dəyiş” festivalında, həmçinin maarifləndirici master-klaslar təşkil olunub. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edib, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak ediblər.
Növbəti mərhələlərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı regionları da əhatə edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a müsahibəsində Yer Gününün hər il aprelin 22-də dünyanın müxtəlif ölkələrində qeyd edildiyini və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaq olduğunu deyib. Qeyd olunub ki, Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.
O, fikirlərinə belə davam edib: "Bu gün növbəti "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçirildi. Əsas özəlliyi həm də Yer Gününə həsr olunmasıdır. Yer Günü ərəfəsində keçirilən festival insanları ətraf mühit problemləri haqqında məlumatlandırmaq, əsasən də onlara tullantıların düzgün idarə olunması, təkrar emala yararlı tullantıların çeşidlənməsi vərdişlərinin aşılanması və eyni zamanda, vətəndaşların həmin istiqamətdə stimullaşdırılması məqsədi daşıyır. Plastik, şüşə və təhlükəli tullantı sayılan işlənmiş batareyalar təhvil verilərək əvəzində hədiyyə əldə etdilər. Hədiyyələr müxtəlifdir. Burada kitablar, ekoçantalar, müxtəlif əşyalar, ağac tingləri və s. kimi hədiyyələr təklif olundu. Həmçinin tədbir çərçivəsində master-klaslar da təşkil edildi. Master-klaslarda ekoçantalar üzərində rəsm, eyni zamanda, gipslərin şəkilləndirilməsi kimi əl işləri ərsəyə gətirildi. Belə ekoloji maarifləndirmə tədbirləri ilboyu davam edir. Əsasən də tullantıların düzgün idarə olunması istiqamətində vətəndaşlara çağırış edilməsi üçün keçirilir. Xüsusilə də yay mövsümü yaxınlaşdıqca, belə tədbirlərlə bir növ vətəndaşlara ətraf mühitə tullantılar atmamaları, təbiəti çirkləndirməmələri üçün səslənirik. İnsanlar hər istifadə olunmayan əşyanı tullantı hesab etməsin, onu yenidən həyata qaytarsınlar. Burada yığılan tullantılar sonradan çeşidlənmə müəssisələrinə gedir, təkrar emal vasitəsilə yeni əşyalara çevrilir. Hazırda Bakı və Sumqayıtda bu cür tədbirlər keçirilir. Növbəti mərhələlərdə belə festival və aksiyalar regionları da əhatə edəcək. Bu cür tədbirlər barədə səhifələrimizdə elanlar paylaşılır. Vətəndaşlara çağırış edirik ki, səhifələrimizi izləsin və gəlib iştirak etsinlər. Çox sevindiricidir ki, bir çox vətəndaş plastik, şüşə butulkaları, batareyaları yığıb saxlayır və bizə təhvil vermək üçün tədbirin harada keçiriləcəyi barədə maraqlanır. Festivalın artıq vətəndaşlarda maraq oyatması çox müsbət haldır".
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21

