Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

“Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

27.03.2025 [08:40]

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan “Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30