Novruz ənənələri!
13.03.2025 [08:17]
Bölgələrimizdə bayramı necə qeyd edirlər?
Xalqımızın yaddaşından süzülüb gələn adət və ənənələr ən qiymətli sərvət kimi qorunub saxlanılmaqdadır. Çünki qloballaşan dünyada bir xalqın yaşaya bilməsi və özünü təsdiq etməsi üçün çox vacib amillərdən biri də, məhz milli mədəniyyətini qoruması və təbliğ etməsidir. Azərbaycanın milli adət-ənənələri, bayramları arasında Nobruz bayramı xüsusi əhəmiyyət daşıyır. Torpağın dirilməsi, təbiətin oyanması kimi qeyd edilən bu bayrama sayılı günlər qalıb. Maraqlıdır ki, Novruz bizim ümummilli bayramımız olsa da, fərqli regionlara xas adət ənənələri ilə də seçilir. Milli bayramımız müxtəlif bölgələrdə bir-birindən maraqlı və fərqli adətlərlə qeyd olunur.
Bakı-Abşeron bölgəsi
Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər, səməni halvası və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür. Papaq atma, qapı pusma və s. adətlər də yerinə yetirilir.
Bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla da olsa sevindirilir.
Gəncəbasar bölgəsi
Gəncə paxlavası respublikanın müxtəlif şəhər və rayonlarında adətən Novruz bayramı ərəfəsində, nişan və toy məclislərində hazırlanır. Gəncə paxlavası digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. Gəncə paxlavası adətən mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəkilində kəsilir.
Novruz bayramında gəncəlilər mütləq evdən hansısa əşyanı bayıra atırlar.
“Salahlı karnavalı”
Qazaxda səhər erkəndən qapı-qapı dolaşan kənd sakinləri gün boyu il ərzində dünyasını dəyişmiş insanların ailələrinə başsalığı verir, onların dərdinə şərik olur, həm də onları yasdan çıxarmaq üçün addımlar atırlar. Hüzr sahibləri isə ayaqüstü qapısına baş çəkib, dərdini bölüşən insanlara şirinlik paylayırlar.
Qazax rayonunun Yuxarı Salahlı kəndi isə bayramın qeyd edilməsi baxımından daha unikal bölgədir. Hələ sovet rejiminin adət-ənənələrimizə qadağalar qoyduğu dövrlərdə belə, öz adət-ənənələrinə sadiq qalan kənd sakinləri Novruzu müstəqillik dövründən daha canlı, daha maraqlı keçirib.
Gənc oğlanlar müxtəlif paltarlar geyinib, evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə bu şölənə xüsusi gözəllik verir. Səhər saatlarına qədər davam edən “Salahlı karnavalı” görənləri təəccübləndirir.
Qarabağ bölgəsi
Novruz bayramına bir ay qalmış geniş xalq kütləsi elliklə çillə çıxarmaq üçün şənliyə toplaşarlar. Vaxtilə Şuşada bu adət daha təmtəraqlı keçirilərdi. Burda köhnə ilin qəmini-qüssəsini köhnə ildə qoyub yeni ilə şadlıq aparmaq üçün əhali adəti üzrə çalıb oxumağa, rəqs etməyə üstünlük verərdi. Bu şənlik el bayramı olduğu üçün böyükdən kiçiyə kimi hamı bu məclisə yığılar, sözün əsl mənasında şadlıq edərdi. Şuşanın bütün ziyalıları, varlı və kasıb adamları, məşhur və qeyri-məşhur musiqiçilərinin hamısı bu şənlikdə iştirak edərdi.
Lənkəran bölgəsi
Lənkəranda Novruz mərasimi əlahiddə bir gün olaraq deyil, bir-birinin davamı olan bayramlar halında qeyd edilir. Novruza, yeniliyə, oyanışa hazırlıq, nə qədər qəribə olsa da, hələ yayın sonundan, payızın əvvəllərindən başlanır. İnsanlar qışın ilk günü sayılan çillə gecəsinə tədarük görür, həmin günə çillə qarpızı və ağ boranı ehtiyatını görürlər. Həm çillə qarpızı, həm də ağ boranı əslində qışı və baharı simvolizə edir.
Bayram ərəfəsi suların arxlardan, xəndəklərdən sərbəst axması üçün həmin çərşənbədə kişilər əlinə bel, daraq alaraq otları, kolları təmizləyir, arxların, xəndəklərin gözünü açırlar. İnsanlar həmin çərşənbə günündə axar suya gedər, su ilə bağlı müxtəlif inamlar söyləyər, fallar açarlar. Şəhər mərkəzində tək-tək olsa da, Lənkəranın bir çox kəndlərində bu ayinlər kütləvi şəkildə icra olunmaqdadır. Su çərşənbəsinə “əzəl çərşənbə” də deyilir.
Lənkəranda adətdir ki, çərşənbə axşamı mütləq balıq, Novruz gecəsində isə toyuq yeyilsin. Nişanlı qızlar üçün bu nemətlər qabaqcadan qız evinə göndərilər.
“Xan bəzəmə”
Naxçıvan bölgəsində bir neçə qədim adət qorunmaqdadır. Bunlardan biri də “Xan bəzəmə”dir. Novruzda muxtar respublikanın Ordubad rayonunda bayram ərəfəsində bir nəfər “xan” seçilir və o, üç gün əsl “xan” kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib “xan”ı ora dəvət edirlər. İki nəfər balaca uşaq “xan”ı yelpiklə yelləyir. Kim istəyirsə, ona könüllü qulluqçu olur.
Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. “Xan”ın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan”ın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada “təlxəklər” gəlib “xan”ı güldürməyə çalışırlar. “Xan” isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə “xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.
Şəki-Zaqatala bölgəsi
Novruz bu bölgədə özünəməxsus keçir. Hələ bayrama bir ay qalmış hazırlıq başlanır. Həyətlər təmizlənir, evlərin divarları rənglənir, ağaclar ağardılır, pal-paltar, xalça-palaz günə verilir.
Çərşənbələrdə tonqal qalanır, papaq atılır, qapı pusulur. Bölgə sakinlərinin çərşənbələrlə bağlı inancları var. Bir inanca görə, yazda birinci sel gələndə kim onun suyundan içərsə, bütün xəstəlikləri sağalar.
Bu bayram axşamında adamlar bir-birinə pay göndərir, əzizini itirənlər isə yasdan çıxır. Kəndlərdə camaat bir yerə yığışır, bayramı birgə keçirirlər. Qız-gəlinlər qulaq falına, uşaqlar papaqatdıya çıxırlar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

