Ən yüksək zirvədə...
28.02.2025 [11:27]
İki qardaş ölkənin birliyinin daha da güclənməsində hakim partiyalar arasında əməkdaşlığın mühüm rolu var
Bu günlərdə qardaş Türkiyədən xoş bir xəbər gəldi. Azərbaycanda da çox sevilən və böyük rəğbət bəslənilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) VIII Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilib.
Bu münasibətlə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda dövlətimizin başçısı Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyini ifadə edib. “Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qlobal güc mərkəzinə, Türk dünyasının inam yerinə çevrilən qüdrətli Türkiyə Lider amili hər bir ölkənin tarixində mühüm rol oynayır. Böyük şəxsiyyətlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev Türkiyədə və Azərbaycanda xilaskarlıq missiyaları yerinə yetiriblər. İki qardaş dövlətin hazırkı liderləri isə prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir. Bir-birilərinə “Əziz qardaşım” deyə xitab edən liderlərimiz uzaqgörən və müdrik siyasətləri ilə öz ölkələrini çətin sınaqlardan uğurla keçirərək yüksək inkişafını təmin edirlər. Prezident İlham Əliyev təbrik məktubunda qardaş ölkənin uğurlarına diqqət çəkərək vurğulayıb: “Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə - dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur”.
Bəli, qardaş Türkiyə Rəcəb Tayyib Ər?oğanın liderliyi ilə öz inkişafında keyfiyyətcə yeni bir mərhələyə keçib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Əlamətdar haldır ki, regionda qardaş ölkənin önəmi, rolu getdikcə artır. Son illərdə Türkiyə güclü sənaye inkişafı mərhələsinə qədəm qoyub. Qardaş ölkənin güclü sənayesi həm Türkiyənin özünü, həm də onun müttəfiqlərini gücləndirir.
Hər iki ölkə üçün faydalı olan YAP-AK Parti əlaqələri
Bu gün Azərbaycanla Türkiyə arasında dostluğun zirvələrə yüksəlməsi də diqqətçəkən məqamdır. Qardaşlığımızın daha da möhkəmlənəcəyinə böyük inamını ifadə edən Prezident İlham Əliyev “Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir”, - deyə bildirib.
Azərbaycanla Türkiyə arasındakı qardaşlığın unikallığı həm də ondadır ki, dövlətlərimiz, liderlərimiz qarşılıqlı əlaqələrin möhkəmlənməsinə güclü siyasi iradə göstərdikləri kimi, cəmiyyətlərimizdə də daha yaxın olmağa güclü istək var. Bu gün Azərbaycan cəmiyyətində Türkiyəyə, eyni zamanda qardaş ölkədə respublikamıza böyük rəğbət bəslənilir. O cümlədən hakim partiyalar olan Yeni Azərbaycan Partiyası (YAP) ilə AK Parti arasında yaranan əməkdaşlıq əlaqələri hər iki ölkə üçün faydalıdır. YAP-ın Sədri İlham Əliyev ilə AK Partinin Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hər iki hakim partiya arasında əməkdaşlıq əlaqələrini də keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Xüsusilə də Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra iki partiya arasında əlaqələr daha da intensivləşib. Burada 2021-ci il 2 iyun tarixində YAP ilə AK Parti arasında Əməkdaşlıq Protokolunun imzalanması xüsusi önəm daşıyır.
Yuxarıda qeyd olunduğu kimi, YAP və AK Parti hakim partiyalar kimi Azərbaycanın və Türkiyənin inkişafında müstəsna rol oynayırlar. Əlamətdar haldır ki, hər iki partiya öz ölkələrində qazandıqları təcrübəni bir-biri ilə bölüşürlər. Partiyaların nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və görüşlər keçirmələri müntəzəm hal alıb. Partiyalarımız, həmçinin beynəlxalq platformalar çərçivəsində də fəaliyyətlərini uzlaşdırırlar.
Vurğulamaq yerinə düşər ki, AK Partinin VIII Böyük Qurultayında YAP-ın nümayəndə heyəti də iştirak edib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov yer alıblar.
Səfər çərçivəsində bir sıra görüşlər də keçirilib. YAP Sədrinin müavini Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüşlər zamanı dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq hakim partiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından son dərəcə vacib olduğu bildirilərək 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğu və hazırda partiyalararası münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd edilib, bundan sonra da birgə hərəkət edərək ümumi hədəflərin inamla reallaşdırılacağına əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

