Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq

Yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq

19.02.2025 [15:09]

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10° enəcəyi gözlənilir.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın minimal temperaturu Aran rayonlarında 0-5°, dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0°-yə yaxınlaşacağı, sonrakı günlərədə isə 3°-dək şaxta olacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı bildirilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30