Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Məşğulluq Agentliyi daha 110-dan çox işsiz şəxsi peşə hazırlığına cəlb edib

Dövlət Məşğulluq Agentliyi daha 110-dan çox işsiz şəxsi peşə hazırlığına cəlb edib

31.01.2025 [23:45]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində təşkil olunub.

Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuranların işlə təminatı da həyata keçiriləcək.

Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30