Psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər veriləcək
23.01.2025 [22:49]
Sosial şəbəkələrin monitorinqi psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılması, xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
Qeyd edilib ki, İşçi Qrup tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri də nəzərə alınmaqla müvafiq dövlət orqanlarına ünvanlanan təkliflər paketinin hazırlanaraq təqdim olunması planlaşdırılır.
Bildirilib ki, sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi təqdim edən çoxsaylı şəxslərin bir qismi müvafiq təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayınırlar.
“Psixoloq kimi fəaliyyət göstərənlərin öz feysbuk hesablarında bir çox hallarda yalnız ailə-məişət mövzularına fokuslanması və bununla əlaqədar qeyri-peşəkar fikir, mülahizə və tövsiyələri cəmiyyətdə psixologiya elmi ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. İnstaqramda müvafiq təhsil və təcrübəyə malik olmayan şəxslərin psixoloq qismində fəaliyyət göstərdiyi çoxsaylı profil və səhifələrin mövcudluğu qeydə alınıb. “Tik-Tok” da isə canlı yayım vasitəsilə müvafiq məsləhətlərin verilməsi, hətta müalicə təyin olunması halları müşahidə edilib”, - deyə vurğulanıb.
Sorğuda, həmçinin qeyd olunub ki, feysbukda tibbi xidmətlər və tibbi məsləhətlər təklif edən onlayn qruplarda psixi sağlamlıq sahəsində tövsiyə və məsləhət istəyən insanlar bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirilir, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışlar fərqləndirilə bilinmir.
Monitorinq nəticələrinə əsasən həmin sosial şəbəkədə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Müalicə prosesində təyin olunan psixotrop dərmanların, xüsusilə antidepressantların asılılıq yaratması, dərman preparatları qəbul edən şəxslərin normal həyat tərzini, əmək fəaliyyətini, həmçinin təhsil almaq imkanlarını məhdudlaşdırması barədə elmi əsası olmayan fikirlər sosial şəbəkələrdə geniş yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

