Estetik “dr”lar...
17.01.2025 [08:15]
Bu günün “dəbi” sabahın faciəsi ola bilər!
Son illərin tibbi xəbərləri, bu sahədə olan yeniliklər, uğurlu əməliyyatlar “uzman”, “dr.” kimi sözlərlə müşayiət olunur. İşində uğuru olan-olmayan, peşəkar olan-olmayan əksər şəxslər bir neçə aylıq seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. “Doktorlar” (dr.) isə lap şanslıdır, tibbi təhsilə ehtiyac qalmır, əlinə iynə ala bilirsə, olur dr.kosmetoloq. Necə deyərlər, vur çatlasın, çal oynasın, qaz vurub, qazan doldururlar.
Əsl uzman belə olmalıdır...
“Uzman” sözü Azərbaycan dilindəki “ekspert” sözünün türkçəsidir. Tibb fakültəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə, bu sahənin həkimi, müasir dillə desək, uzmanı olmaq istəyirsə, 3-4 il həmin sahədə asisstentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni qısası, uzman həkim deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir. Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin eksperti hesab edirdi. Daha doğrusu, onu cəmiyyət, tibb aləmi ekspert hesab edirdi, o özünü belə adlandırmırdı. Amma indi ali məktəbi yenicə qurtarmış, qonşu ölkələrdə bir-iki kurs təlimatı oxuyub ölkəmizə qayıdan bütün gənc həkimlər özünü “uzman” və “dr” adlandırır.
“İnstaqram” dr.-ları...
Dr. da doktorun qısaldılmış formasıdır. Dəbdə olan ifadədir. Bunu virtual platformanın həyatımıza bu qədər çox müdaxiləsindən sonra müşahidə elədik. Ölkədə özünə “dr.filankəs” deyən adamların sayı durmadan artır. Xüsusilə, kosmetologiya sahəsində vəziyyət dəhşətlidir. Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Yəni bizim ali tibb ocağımız kosmetoloq yetişdirmir. Ona görə də hazırda bu sahə üzrə çalışanların böyük əksəriyyəti ixtisaslı həkim deyillər. Çoxu heç ixtisasca həkim də deyil. Özünə bir “Instaqram” səhifəsi açıb “dr.kosmetoloq” adı qoyan və insanların sağlamlığı üzərində eksperimentlər keçirən qeyri-peşəkar insanlar göbələk kimi artır...
Süni materialları, naməlum maddələri insanların dodağına, burnuna, yanağına yeridərək müqabilində yaxşı pul qazanan bu insanlara nəzarət yoxdur. Əksəriyyəti bir gözəllik salonu açıb orada fəaliyyət göstərir. Qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında müvafiq yoxlamalar aparmır, bu işlə prokurorluq məşğul olur, onlar da şikayət əsasında. Yəni əgər şikayət olunmasa bu salonlarda qadınların sağlamlığına qəsdən və ağır formada zərərvurma prosesi elə belə də davam edəcək!
Qadınlar niyə şikayət etmir?
Qadınlar şikayət etmirlər, çünki normal halda ixtisasca həkim olan, tibb universitetini bitirən, sonra da kosmetologiyaya marağı olub da xaricdəki tibb ocağında ixtisası oxuyan peşəkar həkim bu proseduru “qırdı-qaçdı” etmir. Normalda 200-300 manat tutan peşəkar bir prosedur bu salonlarda 50-70 manata edilir. Məsələn, dodağınıza nə olduğu bilinməyən bir maddəni yeridib sizi istədiyiniz böyük həcmli dodaqlara qovuşdururlar. Sizin başınıza növbəti aylarda nə gələcək, xərçəngə yoluxacaqsınız, dodağınız çürüyəcək, burnunuz qopub düşəcək - bütün bunlar onlar üçün maraqlı deyil. Bir sözlə, öz sağlamlığına dəyər verməyən pasiyent onlar üçün potensial “ov”dur...
“Tor”a düşməyə hazır o qədər qadın var ki....
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən kosmetoloq Tamilla Məmmədovanın sözlərinə görə, işinin peşəkarı olan, savadına güvənən hər bir kosmetoloq razı olar ki, bu işə nəzarət mexanizmi hazırlansın: “Yoxsa hər zirzəmidə bir salon, hər salonda 2-3 belə adam qadınların üzərində təcrübə keçib həkim olmaq sevdasına düşür. Hər gün bir tibbi-kosmetoloji prosedur kəşf edirlər. Gah damardan qan alırlar və onu üzə vururlar, üzdə iltihab yaranmasına səbəb olurlar. Gah buruna dolğu vurub əyrisini düzəldirlər, 6 aydan sonra yenə əyilir, yenə dolğu, yenə əyilir, axırda burun deformasiya olur. Xanımlara məsləhət görürəm ki, hər özünə səhifə açıb müştəri tutan “dr”-lardan uzaq gəzsinlər. Əgər simalarında bəyənmədikləri nəsə varsa bunun üçün peşəkar həkimə müraciət etsinlər, ölkəmizdə xaricdə kosmetologiya oxuyan kifayət qədər çox peşəkar həkim var. Qonşu ölkələrdə həkimlər bu işi icra edə bilmək üçün ali məktəbdə təhsili alırlar, müvafiq nazirliyin sertifikasiyasından keçirlər. Bizdə dr.kosmetoloq olmaq üçün bir-iki seminar, 1 A4 kağızına çıxarılmış əsassız diplom, bir də yaxşı piar olmalıdır. Tora düşməyə hazır o qədər qadın var ki...”.
Hər kəs estetik əməliyyat etdirir...
Psixoloq Aynur Ələkbərova bildirib ki, bir insanın gözlə görünən bir qüsuru varsa və bu onun sosiallaşmasında problem yaradırsa, estetik əməliyyat etdirə bilər: “Bəzən travmalardan sonra üzdə izlər qalır. Yaxud elə insanlar var ki, burun çəpəri əyridir, rahat nəfəs ala bilmir. Bu cür hallarda, əlbəttə ki, əməliyyat etmək olar. Belə olduqda həmin insanın özünə inamı da yerinə gəlir. Yəni, əməliyyatın müsbət tərəfləri də var. Amma bu gün Azərbaycanda demək olar hər kəs estetik əməliyyat etdirir”.
Psixoloq rəyi vacibdir
A.Ələkbərova estetik əməliyyatlarda psixoloq rəyi olmasının vacibliyindən də danışıb: “Heç bir estetik cərrah icazə verməz ki, estetik əməliyyatlarda psixoloq rəyi olsun, çünki psixoloq rəyindən sonra həmin insan o əməliyyatdan imtina edə bilər. Bəzi “həkimlər” var, mənə xəstə yönləndiriblər, deyiblər ki, xəstə əməliyyata girəndə qorxub çıxıb. Ona güvən verin ki, əməliyyata razı olsun, qorxmasın, amma demir ki, onun əməliyyata ehtiyacı yoxdur. Bunu heç bir “həkim” etmir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

