Məhəmməd Füzulinin biblioqrafiyasının I cildi işıq üzü görüb
16.01.2025 [23:16]
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Məhəmməd Füzuli: biblioqrafiya” ikicildliyinin I cildi işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni nəşrin elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Teymur Kərimli, tərtibçisi institutun Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
Kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş fundamental biblioqrafik göstəricidir. İki cilddən ibarət olan bu biblioqrafiyada görkəmli şairin zəngin irsi haqqında materiallar öz əksini tapıb. Biblioqrafik göstəricinin I cildinə “Görkəmli şəxsiyyətlər Füzuli haqqında”, “Məhəmməd Füzulinin əsərləri” və “Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında” başlıqlı bölmələr daxil edilib. Biblioqrafiya ədəbiyyatşünas alimlər, mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabı Biblioqrafiya şöbəsinin əməkdaşları – baş biblioqraf İsmət Cəfərov, biblioqraf Nigar İbrahimova, kiçik elmi işçi Ramidə Abbasova, baş mütəxəssis Xəyalə Qasımlı, laborant Aytən Musayeva və Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Sevinc Muxtarova hazırlayıblar. Biblioqrafiyanın kompüter dizaynı Əlyazmaların elektron resursları şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyevə və baş biblioqraf İsmət Cəfərova məxsusdur.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

