2025-ci ilin müjdəsi
27.12.2024 [10:37]
Yeni sosial paket 3 milyon vətəndaşın rifahına təsir göstərəcək
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 400 manata, əmək pensiyasının minimum məbləği isə növbəti il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.
Qeyd edək ki, 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunması sayəsində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləği 2,7 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3 dəfə artıb.
Beşinci sosial paket adlandırıla biləcək yeni islahat kursu sayəsində isə minimum aylıq əməkhaqqının məbləği 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyədək artmış olacaq. Eləcə də orta aylıq pensiya, müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar, median əməkhaqqı yenidən ən azı 12-15 faiz artmış olacaq.
Minimum əməkhaqqı artımı 800 min vətəndaşın maaşına təsir göstərəcək
Qeyd edək ki, sosial təyinatlı artımlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinadən Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanmış layihə üzrə müəyyənləşib. Dövlət başçısı bir neçə ay əvvəl minimum əməkhaqqı və minimum pensiyanın artırılması barədə göstəriş verib və aidiyyatı nazirliklər tərəfindən də bu istiqamətlərdə yekun təklif və layihə hazırlanıb. Beləliklə, 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq minimum əməkhaqqı sayəsində ölkə üzrə təxminən 800 min vətəndaşın əməkhaqqının artımı da təmin olunacaq. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 1125 manatdır. Bu o deməkdir ki, minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Xüsisilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunacaq. Artımlar həm də özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olacaq.
Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən, minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcək. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.
Minimum pensiya yaşayış minimumunu üstələyəcək
Minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması da on minlərlə pensiyaçını əhatə etmiş olacaq. Bu sosial qrupa tələb olunan pensiya kapitalını təmin edə bilməyən vətəndaşların aldıqları pensiyalar daxildir. Həmin kateqoriya üzrə pensiya alanların sayı təxminən 65-70 min nəfərdir. Yeni artımdan sonra minimum pensiyanın məbləği ölkə üzrə yaşayış minimumunu və ehtiyca meyarını da xeyli üstələmiş olacaq. Belə ki, 2025-ci il yanvarın 1-dən yaşayış minimumu və ehtiyac meyarının məbləği 285 manat müəyyənləşib. Növbəti ildə minimum pensiya hər iki sosial göstəricini 35 manat üstələyəcək.
Yeri gəlmişkən, fevralın 1-dək 2024-cü ilin yekun illik orta aylıq əməkhaqqı artımının faiz nisbəti də müəyyənləşəcək. Həmin rəqəm əsasında bütün növ əmək pensiyalarının məbləği indeksasiya olunacaq. Hazırda 11 aylıq göstəriciyə görə, ölkə üzrə orta aylıq əməkhaqqının artım faizi 10 faizə yaxındır, yekun göstəricinin isə ikirəqəmli olacağı fərz edilir. Belə olan halda orta aylıq əməkhaqqı 10 faizdən çox artırılacaq.
Müavinət və təqaüdlərin məbləğləri də artırılacaq
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da nəzərdə tutulur. Belə ki, dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflər hazırlayacaq. Həmin təkilflər paketi əsasında bütün sahələr üzrə müavinət və təqaüdlərin artımı təmin olunacaq.
Ümumilikdə, yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla, ümumilikdə, 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Bütün bu davamlı və əhatəli sosial kurs ölkəmizdə güclü sosial siyasətin təzahürü olmaqla, dövlətin iqtisadi və maliyyə imkanları artdıqca, dövlət xərclərinin böyük bir hissəsinin, ilk növbədə vətəndaşların rifahına yönəldildiyini təsdiqləyir. Bu xərc strategiyası sayəsində hər il büdcəyə sosial maliyyə təminatlarının məbləği və faiz dinamikası yüksəlir. 2025-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi cəmi xərc portfelinin 41 faizini təşkil etməklə, Azərbaycanın regionda sosial büdcə nisbətinə görə, ilk yerlərdən birini tutduğunu göstərir. Büdcədə sosialyönümlü xərclər 2021-ci ildə 10,3 milyard manat təşkil edirdisə 2024-cü ildə bu rəqəm 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat təsdiqlənib. Bu o deməkdir ki, cəmi 4 il ərzində büdcənin sosial xərcləri 7 milyard manata yaxın artıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

