Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təhsildə Keyfiyyət Təminatı Agentliyi 6 yeni peşə ixtisası üzrə qiymətləndirmə və tanınma həyata keçirib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 6 yeni peşə ixtisası üzrə qiymətləndirmə və tanınma həyata keçirib

25.12.2024 [23:48]

Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 6 yeni peşə ixtisası (avtomobil mühərrikləri yığıcısı, kargüzar, mühafizəçi, poliqrafiya üzrə dizayner, kompüter operatoru, inşaat ustası) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib. O bildirib ki, qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb: “Cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib. Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30