Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DSMF beynəlxalq müsabiqənin ali mükafatına layiq görülüb

DSMF beynəlxalq müsabiqənin ali mükafatına layiq görülüb

25.11.2024 [11:33]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-ın “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DSMF-nin müsabiqə işi beynəlxalq münsiflər tərəfindən yenilik, dəyər, xidmətlərin çatdırılması, keyfiyyət və təsir meyarlarına əsasən dəyərləndirilərək yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin “Ən yaxşı vətəndaşyönümlü sosial təminat sistemi” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, Birləşmiş Krallıq, Kanada, Almaniya, Yaponiya, İsveç, Fransa, Norveç, Hindistan, Litva, İtaliya, Braziliya, Türkiyə daxil olmaqla 80-dən çox ölkənin dövlət və özəl qurumları iştirak ediblər.

Bu mükafat DSMF-nin 2024-cü ildə layiq görüldüyü 29-cu, 2021–2024-cü illər ərzində 52-ci beynəlxalq mükafatdır.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31