/ / Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür
04.10.2024 [08:48]
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür.
AZƏRTAC xatırladır ki, 2020-ci il oktyabrın 4-də Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mülki əhali hədəfə alındı. Təxminən səhər saat 10 radələrində raket hücumları nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 dinc sakin yaralanıb. Erməni terroru nəticəsində yaşayış binaları ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Azərbaycan Respublikasının Baş prokurorunun hadisə ilə bağlı bəyanatında bildirilib ki, fakt üzrə qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1-ci, 116.0.6-cı, 116.0.7-ci, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1-ci, 120.2.4-cü, 120.2.12-ci (Qəsdən adam öldürmə), 186.3-cü (Əmlakı qəsdən məhvetmə), 214.2.1-ci, 214.2.3-cü (Terrorçuluq), 218.3-cü (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Ümumiyyətlə, 44 günlük müharibə dövründə Gəncənin oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

