“Azərsu” ASC-də müşavirə keçirilib
28.12.2012 [02:06]
Qorxmaz Hüseynov: Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son 2 ildə yeni inkişaf dövrünə qədəm qoyub
Dünən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) bu qurumun sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə 2012-ci ildə su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən bu il də uğurla davam etdirilib.
Ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, yeni infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulmasının, Külüllü-Zərdab magistral su xəttinin açılışının ilin mühüm hadisələrindən olduğunu diqqətə çatdıran Qorxmaz Hüseynov qeyd edib ki, bu layihələr Aran bölgəsinin böyük bir hissəsində su təchizatının yaxşılaşmasına töhfəsini verəcək.
Su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərə toxunan “Azərsu” ASC-nin sədri bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son 2 ildə yeni inkişaf dövrünə qədəm qoyub: “Dövlət proqramlarına uyğun olaraq bütün şəhər və rayon mərkəzləri, eləcə də, Bakıətrafı kənd və qəsəbələrin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu sahədə işlərin bir hissəsi layihə mərhələsindədir. 23 şəhər və rayon mərkəzi, eləcə də, 277 kənd və qəsəbə üzrə işlərə isə artıq başlanılıb. Hətta, bəzi layihələr üzrə işlərin ilkin mərhələsi uğurla başa çatmışdır”.
“Azərsu” ASC-nin sədri Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə görülən işlərə toxunaraq qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtın su təchizatında ciddi dönüş yaranıb: “Son 1 ildə Bakı şəhərində 300 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, gələn ilin əvvəllərində isə Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının 200 mindən çox sakini 24 saat su alacaq. 2012-ci ildə 400 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 30 minindən çoxu bölgələrdə yaşayan kənd sakinləridir. Bu tədbirlər nəticəsində 95 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılıb və bu da ayda təxminən 1 milyon kilovatt/saat elektrik enerjisinə qənaət deməkdir. Bizim əsas məqsədimiz bütün istehlakçıları fasiləsiz içməli su ilə təmin etməkdir. Bakı şəhərində yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı su xətlərinin yenidən qurulması ilə fasiləsiz su alanların xüsusi çəkisi 95 faizə çatdırılacaq”.
Dünyanın ən böyük ultrasüzgəcli qurğusunun Azərbaycanda tikildiyini söyləyən Qorxmaz Hüseynov rekord müddətə istismara veriləcək qurğunun Abşeron yarımadasının içməli su təchizatında müsbət dəyişikliklər yaradacağını deyib. Onun sözlərinə görə, Abşeron yarımadasını əhatə edən Master Planı üzrə işlər başa çatmaq üzrədir və layihə yekunlaşdıqdan sonra içməli su, kanalizasiya və yağış sularının axıdılması layihələri üzrə tikinti və istismar prosesləri asanlaşacaq. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, Bakı şəhərində tikilən Mərkəzi Laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək. “Ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya ən müasir avadanlıqlarla təmin olunacaq. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir. Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaqdır”.
Cəmiyyətin rəhbəri AzersuCİS layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsində birinci yerə və Səhmdar Cəmiyyətin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülmələrini ilin mühüm uğurları adlandırıb.
2012-ci ildə “Azərsu” ASC-nin fəaliyyətini qənaətbəxş qiymətləndirən Qorxmaz Hüseynov qarşıda duran vəzifələr barədə tapşırıq və göstərişlərini verib: “Biz 2013-cü ildə daha çox işləməli olacağıq. Ölkənin bütün rayon mərkəzlərində su və kanalizasiya layihələri icra olunacaq, bəzi ərazilərdə işlər yekunlaşacaq. Cənab Prezidentin “Azərbaycan əhalisi 24 saat keyfiyyətli su almalıdır” tapşırığını yerinə yetirmək uçun bütün qüvvələrimizi səfərbər etməliyik”.
Sonda “Azərsu” ASC-nin sədri kollektiv üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

