“Skal İnternational Baku” Azərbaycanın turizm potensialını dünyaya təbliğ edir
21.12.2012 [03:02]
Azərbaycanın zəngin turizm potensialı vardır. Bu zənginliyi dünyaya təbliğ etmək, ölkəmizə daha artıq sayda turistləri cəlb etmək üçün turizm şirkətləri öz səylərini artırmalıdırlar. Bu fikiri “Divan Express” hotelində keçirilən “Skal İnternational Baku” Klubunun növbəti, 12-ci toplantısında klubun prezidenti Ruslan Quliyev səsləndirib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçiləri, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Milli QHT forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan, digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Skal İnternational” Beynəlxalq Assosiasiyası haqqında film nümayiş olunub. “Skal İnternational Baku” Klubunun prezidenti Ruslan Quliyev qurumun fəaliyyəti, eləcə də, 2012-ci ildə ölkəmizin turizm potensialının dünyada təbliği istiqamətində görülən işlər barədə geniş məlumat verib.
“Skal İnternational Baku” klubunun 2009-cu il oktyabrın 8-də “Hillside” hotelində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə açılışının keçirildiyini xatırladan natiq, qurumun Azərbaycanda turizm professionallarının birləşdiyi ilk təşkilat olduğunu bildirib.
Keçmiş Sovet ölkələri arasında Azərbaycanın ilk olaraq “Skal İnternational” Beynəlxalq Assosiasiyasına üzv olduğunu diqqətə çatdıran R.Quliyev, daha sonra, bu qurum vasitəsilə Azərbaycanın turizm potensialını bütün dünyaya təqdim etməyin mümkün olduğunu deyib, bunun isə öz növbəsində ölkədə turizmin inkişafına öz töhfəsini vurğulayıb. Natiq qeyd edib ki, təşkilat fəaliyyət göstərdiyi qısa müddətdə dünyanın müxtəlif ölkələrində turizm sahəsi üzrə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edib, ölkəmizin turizm potensialını dünyaya layiqincə təbliğ edə biliblər.
Azərbaycanın Avropanın ən mötəbər musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi, FİFA “U-17” qızlar arasında Dünya Çempionatının ölkəmizdə keçirilməsi, eləcə də, 2015-ci il də Avropada ilk dəfə keçiriləcək Olimpiya Oyunlarına Bakının ev sahibliyi edəcəyini xatırladan R.Quliyev bu kimi tədbirlərin ölkəmizin dünyada təbliği baxımından müsbət rol oynadığını deyib. O, eyni zamanda, turizm şirkətlərinin də yaranmış belə fürsətlərdən istifadə edərək ölkəmizə maksimum sayda turistlərin cəlb olunmasına çalışmalarının vacibliyini vurğulayıb.
Tədbirin əhəmiyyətindən, ölkədə turizmin sürətlə inkişaf etməsindən, bu sahədə dövlət proqramlarının uğurla həyata keçirilməsidən danışan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vüqar Şıxəmmədov nazirliyin hər zaman “Skal İnternational Baku”ya rəsmi dəstək verməyə hazır olduğunu bildirib.
Azərbaycanın regionun parlayan ulduzu olduğunu vurğulayan Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan müstəqillik əldə etməsindən sonra qısa müddət ərzində ölkəmizdə turizm sektorunun sürətlə inkişaf etdiyini bildirib. Ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitlə yanaşı, çoxlu sayda beşulduzlu hotellərin mövcud olduğunu, Azərbaycan Turizm İnstitutunda kadr hazırlığı prosesinə yüksək diqqət ayrıldığını qeyd edən natiq, tezliklə Azərbaycanın dünya turizm sektorunda öz layiqli yerini tuta biləcəyinə inandığını vurğulayıb.
Toplantıda, həmçinin, yaxın vaxtlarda işıq üzü görəcək “Evimiz Azərbaycan” jurnalı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə daxili turizmin inkişafı və onun yüksək dünya standartları səviyyəsinə çatdırılması kimi hədəflər nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda turizm imkanları, turizm sektoru və onun inkişafına həsr olunmuş belə bir jurnalın nəşrinə başlanılır. Ayda bir dəfə nəşr olunacaq jurnalda 18 rubrika, o cümlədən, “Tur-imkan”, “Reytinq”, “İnfrastrukturizm”, “İstiqamət”, “Xidmət”, “Biznes turizmi”, “Peşəkar”, “Bilmək lazımdır”, İstirahət mərkəzi”, “Xəbərlər”, “Bir gün Azərbaycanda”, “Kənardan baxış” “Turbiznes” və s. rubrikalar yer alacaq. Tədbir çərçivəsində, həmçinin, www.azerbaijanbooking.com saytı, eləcə də, toplantının keçirildiyi “Divan Express Baku” mehmanxanasının da təqdimatı olub. Qeyd olunub ki, Türkiyənin məşhur “Koç” qrupuna daxil olan və dünyanın iri şəhərlərində mehmanxana şəbəkəsinə malik “Divan Express” Azərbaycanda fəaliyyətə başlamasından məmnunluq hissi keçirir və bu fəaliyyətini ölkəmizin turizm sektorunun inkişafına qardaş ölkənin töhfəsi kimi dəyərləndirir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

