Dəniz səhvləri bağışlamır...
18.07.2024 [11:10]
Kiçik məsuliyyətsizliklər böyük faciələrə yol açır
Artıq bir aydan çoxdur ki, çimərlik mövsümü başlayıb. Ötən bu zaman kəsəyində dənizdə boğulma halları ilə bağlı çoxsaylı faktlar qeydə alınıb. Baş verən hadisələri bir çoxusu isə qadağan edilmiş çimərliklərdə baş verir. Əhalinin istifadəsinə icazə verilən ərazilərdə də bu hallara rast gəlinir - demək olar ki, hər gün boğulma xəbərlərini eşidirik.
Təəssüf ki, dənizdə, çaylarda boğulanlar arasında xüsusilə yeniyetmələr, gənclər üstünlük təşkil edir. Onların böyük əksəriyyəti həmyaşıdları ilə iddialara girib həyatlarını təhlükəyə atırlar. Bu cür hallar əsasən çaylarda, yaxud qadağan olunmuş çimərliklərdə yaşanır.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dənizdə boğulmaların sayının artmasını daha çox insanların məsuliyyətsizliyi ilə əlaqələndirir. Ekspert qeyd edib ki, insanların böyük əksəriyyəti dənizin çimərlik üçün nəzərdə tutulmayan hissələrində suya girməklə həyatlarını riskə atır: “Bəzi çimərliklərə giriş pullu olduğundan insanlar həyatlarını riskə atmaq bahasına belə olsa, çimərlik üçün nəzərdə tutulmayan ərazilərə üz tutur. Amma birmənalı şəkildə başa düşmək lazımdır ki, qadağan olunmuş çimərliyə getmək olmaz. Bu, həm səhhətimiz üçün, həm də həyatımız üçün təhlükəlidir.
Yaxşı olardı ki, insanlar gedəcəyi çimərliyi düzgün seçsinlər. Çünki qanunla təhlükəli hesab edilən və qadağan edilən ərazilərdə suya girəcəklərsə, bu zaman yaşana biləcək təhlükənin 50 faizini öz üzərilərinə götürürlər. Belə ki, təhlükəli hadisə baş verərsə, həmin ərazidə onlara kömək edə biləcək xilasedicilər yoxdur”.
Bu saatlarda suya girməyin...
Ekspert bildirib ki, FHN-nin xilasediciləri yalnız çimərlik kimi istifadəyə icazə verilən hissələrdə var: “İnsanlar bilməlidir ki, küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında, günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Ümumiyyətlə, dənizdə saatlarla qalmaq riskdir. Xüsusilə, günün birinci yarısında ?ünəş şüalarının təsiri güclü olduğundan, günvurmaya yol aça bilir. Bunu hiss etmədən suya girən adamlarda huşunu itirmə, müvazinətini itirmə halları yaşanır. Belə olan halda isə boğulma qaçılmaz olur. Düşünürəm ki, ən münasib vaxt 16:00-dan sonradır. Mümkün qədər kölgədə qalmaq məsləhətdir”.
Dəniz səhvləri bağışlamır...
E.Nurəliyevin sözlərinə görə, boğulmaların sayının artmasına səbəb insanların dənizə mərclə girməsidir: “Gənclər dənizə istirahət məqsədilə yox, özünü ətrafdakılara göstərmək, kiməsə nəsə sübut etmək üçün gedir. Bu, düzgün deyil. Dəfələrlə rastlaşdığım məqamlardır. Bir neçə gənc mərc edir ki, kim daha çox dərində üzə bilər. Bütün bunlar insanın bilə-bilə öz həyatını riskə atmasıdır. Dəniz səhvləri bağışlamır.
Suda kəskin hərəkətlər zamanı əzələ dartıla bilər. Bu hal isti-isti hiss edilməsə də, suya girəndə suyun ağırlığı bədənin müvazinətinə mane olur və boğulma baş verir. Fikir versəniz görərsiniz ki, boğulmalar daha çox gənc nəsil arasındadır. 13-35 yaş arası insanlar daha çox dənizin qurbanı olur. Dəfələrlə xəbərdarlıq edilsə də, insanlar qaydalara əməl etmir. Məsələnin ən dəhşətli tərəfi isə insanların öyrənmək istəməməsidir”.
İnsanları məlumatlandırmaq istəyəndə gülürlər...
Oxşar hadisələrin çaylarda, göllərdə və təhlükəli hesab edilən müxtəlif su hövzələrində də baş verdiyini deyən ekspert bu sahədə maariflənməyə ehtiyac olduğunu bildirib. E.Nurəliyev qeyd edib ki, dənizdən fərqli olaraq, çaylarda, göllərdə suyun altındakı axının sürəti fərqli, lili isə normadan artıqdır.
Onun sözlərinə görə, insanlar dənizdə normal istirahət qaydalarını bilmirlər. Dənizdə ağır, yağlı yeməklər yeyib, spirtli içki qəbul edib suya girənlərin ilbəil artdığını deyən ekspert aidiyyəti orqanların buna cərimələr tətbiq etməsinin zəruri olduğunu diqqətə çatdırıb: “Bəzən ağır yeməklər yeyib, spirtli içki qəbul edib, dənizə girirlər. Bu, çox risklidir. Biz bu barədə insanlara məlumat verəndə gülürlər. İşin əsas mahiyyətinin fərqinə varmırlar. Çox istərdim ki, aidiyyəti orqanlar tərəfindən hər gün çimərlik ərazilərinə baxış keçirilsin. Bənzər vəziyyətlə qarşılaşdıqda həmin şəxs və ya şəxslər cərimələnsin”.
Daha çox sosial çarxlar hazırlanmalıdır...
Ekspert bildirib ki, dənizdən düzgün istifadə, boğulma hallarının qarşısını almaq üçün sosial çarxların daha çox hazırlanması vacibdir: “Lakin insanlar məsuliyyətsiz olduqdan sona həmin maarifləndirici videolara da əhəmiyyət vermirlər. Düzdür müəyyən sosial çarxlar hazırlanıb, ancaq bu sahədə maarifləndirici videoların sayı çoxluq təşkil etməlidir. Bəlkə, ondan sonra dənizdə boğulmaların, bədbəxt hadisələrin sayı azalar”.
Boğularkən bunları etməyin...
E.Nurəliyevin fikrincə, problem bununla da bitmir. Bilmək lazımdır ki, dənizdə sahilə paralel üzmək lazımdır: “Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulma baş verir.
Valideynlər azyaşlı uşaqlarını da özləri ilə dərinliyə aparır. Düşünmürlər ki, hadisə zamanı özlərini xilas etsələr, uşaqlarının həyatını riskə atmış olacaqlar. Dənizdə boğaza qədər olan hissədə üzmək lazımdır. Daha dərinə getmək olmaz.
Bundan başqa, boğulmalar bəzən qıcolmalardan da baş verə bilir. Bu zaman təlaşlanıb əlləri suyun üzünə çıxarmaq doğru deyil. Əksinə, əllərini suyun üzünə çıxarmadan, başı dik tutub kömək istəmək lazımdır. O zaman suyun üzərində qalmaq olur. İnsanlar təlaşla qollarını suyun üzərinə çıxarıb çabalayırlar. Yaxşı olardı ki, insanlar dənizdə təhlükəsizlik və davranış qaydalarını öyrənsinlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

