Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aleksa Bjelis: Xorvatiyalı tələbələrin Azərbaycanda təhsil almağında maraqlıyıq

Aleksa Bjelis: Xorvatiyalı tələbələrin Azərbaycanda təhsil almağında maraqlıyıq

06.10.2012 [16:45]

Xorvatiyalı tələbələrin Azərbaycanda təhsil almağında maraqlıyıq. AzərTAc xəbər verir ki, bu sözləri İkinci Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Zaqreb Universitetinin rektoru, professor Aleksa Bjelis deyib. Azərbaycanda təhsil sistemi barəsində məlumatlı olduğunu deyən qonaq Xorvatiyadakı səfirimizlə bu barədə danışdığını qeyd edib. Bildirib ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq üçün yaxşı potensial var. Məhz bu məsələ ilə bağlı Azərbaycanın Təhsil Nazirliyindən nümayəndələr ilə də görüşdüyünü diqqətə çatdıran A.Bjelis ən çox müzakirə olunan məsələnin tələbə mübadiləsi olduğunu vurğulayıb. Xorvatiyalı professor deyib: “Azərbaycanlı tələbələri Zaqreb Universitetində görməkdən çox məmnun olarıq. Öz tələbələrimizi də Azərbaycana göndərməkdə maraqlıyıq”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor Xorvatiyanın da bu cür probleminin olduğunu və bu məsələlərin həm daxili həm də regional inkişafa mənfi təsir etdiyini qeyd edib, dünyadakı bütün münaqişələrin qısa bir vaxtda sülh yolu ilə həll olunmasına ümidvar olduğunu ifadə edib.
Paylaş:
Baxılıb: 2567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30