Qohum evliliyinə qadağa qoyulmalıdırmı?
28.06.2024 [11:00]
Fəsadları, dünya təcrübəsi...
Adətən qüsurlu uşaqların dünyaya gəlməsində qohum evlilikləri ciddi rol oynayır. Bu, tibbi olaraq da sübut edilib. Qohum evliliyi qan, sinir-əzələ, ürək-damar sistemi və metabolik xəstəliklərə gətirib çıxarır. Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur.
Qohum evliliyinə qadağa qoyan ölkələr
Qeyd edək ki, dünya əhalisi arasında da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və.s ölkələrdə qohum evliliklərinə qadağa qoyulub.
Razı olanlar da var, olmayanlar da...
Ölkəmizdə qohum evliliyinə yanaşma iki cürdür. Bunu həm dəstəkləyənlər var, həm də qınayanlar. Hətta rəsmi qurumlar, həkimlər, millət vəkilləri qohum evliliklərinin qadağan olunması üçün çağırışlar edirlər.
Xatırladaq ki, bu günlərdə Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında müzakirəyə çıxarılıb. Ölkəmizdə əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən layihə I oxunuşda təsdiqlənib. Ancaq bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bunu insan haqlarının pozulması kimi qiymətləndirir. Bəziləri isə qərarın verilməsi üçün hətta gecikmiş olduğumuzu hesab edir.
Sağlam gələcəyimiz müdafiə olunmalıdır
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan sosioloq Sahib Altayın sözlərinə görə, qohum evliliyi ilə bağlı məsələdə iki məqam önə çəkilir: insan haqları, insanların evlənmək üçün seçim etmək imkanlarının məhdudlaşdırılması və dövlətin genefond sağlamlığı naminə atdığı addım: “Əgər elmi əsaslarla sübut olunursa, ÜST və beynəlxalq araşdırma resursları təsdiq edirsə ki, qohum evlilikləri sağlam gələcəyi təhdid edir, deməli, burada insanların seçim azadlığından çox, dövlətin sağlam gələcəklə bağlı narahatlığı müdafiə olunmalıdır. Söhbət cəmiyyətin sağlam gələcəyindən gedir. Çünki irsi qan xəstəlikləri, sağlamlıq imkanları məhdud insanların böyük əksəriyyəti qohum evlilikləri ilə dünyaya gələn uşaqlar arasında olub. Dəqiq müəyyənləşdirməliyik ki, hansı qohumlar arasında evlilik olar, hansında olmaz. O qohumlar arasında nikah münasibətlərinə icazə verilməlidir ki, sağlam gələcəyi təhdid etməsin”.
Çoxdan qadağan etmək lazım idi...
Sosioloq öz müşahidələrindən danışaraq əlavə edib ki, valideynlər bilə-bilə ki, övladı xəstə doğulur, yenə də qohum evliliyinə razılaşırlar: “Ailə tanıyıram ki, qohum evliliyindən üç uşaqları olub, 3-ü də xəstədir. Qohumu ilə ailə quran şəxslərin dünyaya gələn övladları xəstə olsa da, növbəti dəfə uşaq dünyaya gətirirlər.
Ona görə də Ailə Məcəlləsinə edilən dəyişikliyi və qohum evliliyi ilə bağlı olan qadağanı alqışlayıram. Belə evliliyi çoxdan qadağan etmək lazım idi”.
Uşaq yaşlarından təbliğat aparılmalıdır...
S.Altay qeyd edib ki, qohum evliliyin təhlükəsinə görə hamilə qadınlar uşaq doğulana qədər həyəcan içində olur: “Hamı bilir ki, qohum evliliklərindən uşaq xəstə doğula bilər. Ona görə də bətnində uşaq gəzdirən qadın 9 ay boyunca gərginlik içində yaşayır. Bunun özü də uşağa zərbə vura bilər.
Ona görə də qohum evliliklərinin təhlükəli olduğunu qız və oğlanlara uşaq yaşlarında təbliğ etmək lazımdır ki, onların bir-birilərinə qarşı sevgi hissləri formalaşmasın”.
Dünya təcrübəsi nə deyir?
Sosioloqun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-nın 24-dən çox ştatında qohum evlilikləri qadağan olunub: “Amma ABŞ-nın bir ştatında maraqlı bir təcrübə var. İnsanların nəsil vermə yaşı atlatdıqdan sonra, yəni nəsilvermə qabiliyyəti aradan götürüldükdən sonra qohum evliliklərinə icazə verilir. Misal üçün, bəlli bir yaş dövründə insanın nəsilvermə qabiliyyəti azalır. Belə qanunlar hazırlayaraq istisnalara yol verilir.
İngiltərədə əhalinin 0,5 faizi, Niderlandda 0,3 faizi öz qohumu ilə evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlilərdə isə bu rəqəm 0,9 faizdir. Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35,8 faizi, Küveytdə 54,3 faizi öz qohumu ilə evlənir. Yəni təxminən əhalinin yarıdan çoxu.
Ölkəmizdə qohum evlilikləri nəticəsində talassemiya xəstəliyi və digər irsi qan xəstəlikləri üstünlük təşkil edir. Burada rasional qərarlara üstünlük verilməlidir, nəinki sosial şəbəkə istifadəçilərinin diletant yanaşmasına”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

