/ / Milli Məclisin deputatı Ağalar Vəliyev Qurban bayramı münasibətilə seçicilərini, ağsaqqalları təbrik edib, şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları göndərib
Milli Məclisin deputatı Ağalar Vəliyev Qurban bayramı münasibətilə seçicilərini, ağsaqqalları təbrik edib, şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları göndərib
14.06.2024 [18:30]
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin sayəsində vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənələrə uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi cəmiyyətimizin əsas prioritetlərindəndir.
Xalqımız Qurban bayramını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən müharibəsində və ondan sonrakı dövrdə qazanılan Şanlı Zəfərimizin sayəsində doğma Azərbaycanımızın suverenliyinin bütün ərazilərimizdə təmin olunmasının və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramıgünlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur.
Milli Məclisin üzvü Qurban bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirərək vurgulayıb ki, dualaramızın və niyyətlərimizin Uca Tanrının dərgahında qəbul olunması cəmiyyətimizin xeyirxahlıq, şəfqət, mərhəmət ənənələrini və həmrəyliyini daha da möhkəmləndirəcək.
Qurban bayramı mərasimlərində Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir.
Deputatın ofisindən daxil olan məlumata əsasən milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Goranboy rayonundan Vətən Müharibəsi Qəhrəmanının anası Nərgiz Həsənova, şəhid anası Zərqələm Kazımova, şəhid atası Əfqan Nəsibov, Tərtər rayonundan şəhid anası Güldanə Məmmədova və Ağdam rayonundan Birinci Qarabağ müharibəsinin əlilinin övladı Sənani Bayramov Həcc ziyarətinə göndərilib.
Eyni zamanda millət vəkili tərəfindən Qurban bayramı münasibətilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsindən 1 030 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə, eləcə də Goranboy, Tərtər, Ucar, Yevlax və Bərdə rayonlarından 250 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb.
Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38

