Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hidrometeorologiya Xidməti vətəndaşlara müraciət edib

Hidrometeorologiya Xidməti vətəndaşlara müraciət edib

10.06.2024 [13:40]

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:

"Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib".

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir", - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30