“Fövqəladə iclas” reallığı dəyişməyəcək!
03.04.2024 [10:55]
Ermənistan dörd kəndimizi qeyd-şərtsiz qaytarmalıdır!
Nardar BAYRAMLI
Hazırda Ermənistanın işğal altında olan dörd kəndin Azərbaycana qaytarılması gündəmin əsas mövzularından biridir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə səfər edərək yerli əhali ilə görüşüb, kəndlərin Azərbaycana qaytarılmasının vacibliyindən danışıb. O etiraf edib ki, tələb olunan dörd kənd həqiqətən də Azərbaycana məxsusdur. Əgər kəndlər Azərbaycana qaytarılmasa, müharibə başlaya bilər. Paşinyan həmçinin hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə görüşdə və ötən gün Təhlükəsizlik Şurasının iclasında da sözügedən kəndlərin qaytarılmasını müzakirə edib. Söhbət Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılmasından gedir. Bu, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı kəndləridir.
Lakin Ermənistan müxalifəti sözügedən kəndlərin qaytarılmasına etiraz edir. Müxalifət bundan siyasi məqsədləri üçün istifadə dərək cəmiyyəti hakimiyyətə qarşı etirazlara çağırır. Təsadüfi deyil ki, erməni mediası bugünlərdə keçmiş müdafiə naziri, parlamentdə müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxın işğal altında olan kəndlərinə getdiyini yazıb. Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. O bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.
Bunun ardınca isə Ermənistan parlamentinin müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı parlamentin fövqəladə iclasını çağırıb. Müxalifət fraksiyaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin parlamentdə müzakirə edilməsini tələb edir. Ermənistan parlamentinin reqlamentinə əsasən deputatlardan dörddə bir hissəsinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər. Müxaliflər bu hüquqdan istifadə edərək belə bir addım atıb. Müxalifət sərhədin delimitasiyası işləri ilə məşğul olan komissiyaya rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı parlamentə dəvət etməyi planlaşdırır.
Məsələ ondadır ki, müxalifət həmin kəndlərin Azərbaycana məxsus olduğunu inkar edə bilmir. Çünki bu ərazilər Ermənistana məxsus deyil. Sadəcə, onların iddiası belədir ki, guya kəndlər qaytarılarsa, Ermənistanın strateji əhəmiyyət kəsb edən magistral yolları Azərbaycanın nəzarətinə keçəcək və bu, ermənilər üçün yaxşı heç nə vəd etmir və s. Amma nədənsə, erməni müxalifəti bu kəndləri 1990-cı illərdə işğal etdiklərini və işğalın beynəlxalq cinayət olduğunu etiraf etməyi “unudur”. Bu “unutqanlığın” sonu isə heç də yaxşı olmaya bilər. Rəsmi İrəvan bu kəndləri qeyd-şərtsiz sahibinə qaytarmalıdır. Əks halda, Azərbaycan dövləti öz gücünə həmin əraziləri də azad edə bilər. Ona görə də, Ermənistan parlamentinin məsələ ilə bağlı dörd günlük iclasına ehtiyac yoxdur. Nəzərə alaq ki, aprel ayı Azərbaycan üçün zəfərlər ayıdır. Belə ki, 2016-cı ilin Aprel döyüşləri, eləcə də ötən il 23 apreldə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması müasir tariximizin ən mühüm hadisələri sırasındadır. Bu mənada növbəti zəfərlər də istisna deyil.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, Qazaxın dörd kəndinin geri qaytarılması ilə bağlı dövlətimiz prinsipial mövqe nümayiş etdirir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan kəndlərimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Onun sözlərinə görə, İrəvanın kəndləri geri qaytarmaqdan başqa çıxış yolu yoxdur. Çünki erməni tərəfi sülhdən danışırsa, işğal altında saxladığı kəndlərimizi dinc yolla azad etməlidir. Əks halda, Ermənistan sülhə qarşı olduğunu beynəlxalq ictimaiyyətdən gizlədə bilməyəcək.
“Hazırda Ermənistanın işğalı altında olan səkkiz kənddən yeddisi Qazax rayonuna aiddir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır. Digər dörd kənd isə anklav deyil. Ermənistan müxalifətinin məsələ ilə bağlı parlamentin fövqəladə iclasını çağırması isə heç nəyi dəyişməyəcək. Çünki fakt və reallıqlar ortadadır. Erməni müxalifəti bununla yalnız özünə siyasi xal qazanmağı, insanların bir qrupunu hakimiyyətin əleyhinə yönəltməyi düşünə bilər. Bütün hallarda isə bu kəndlər Azərbaycana qaytarılmalıdır. Ermənilərin başqa şansı yoxdur”,-deyə millət vəkili söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

