Fransa köhnə hərbi texnikasını Ukraynada “utilizasiya” edəcək?
02.04.2024 [10:34]
Fransa Ukraynaya yeni yardım paketi çərçivəsində yüzlərlə köhnə, lakin “hələ də işlək” VAB zirehli texnikasını, eləcə də SAMP/T hava hücumundan müdafiə raketlərini təhvil verməyi planlaşdırır. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü yerli “La Tribune” qəzetinə müsahibəsində deyib. Bu cür zirehli maşınlar cəbhə xəttini saxlamaq və Ukrayna qoşunlarının hərəkətliliyi üçün lazımdır. Lekornu deyib ki, bunlar, hələ də işlək vəziyyətdə olan köhnə avadanlıq sayılır və böyük miqdarda ötürülsə, birbaşa Ukrayna üçün faydalı olacaq. Fransa ordusunda 40 ildən çox yaşı olan VAB zirehli transportyorları demək olar ki, hazırda hərbi sənaye gündəliyində yer almır. Əvəzində neçə ildir ki, Fransa bu texnikanın yeni nəsli olan “Qriffon” zirehli maşınlarla əvəz olunur. Həmçinin Ukraynanın hava hücumundan müdafiəni gücləndirmək tələbinə cavab olaraq, Fransa “Aster 30” raketlərini “SAMP/T” zenit-raket sistemlərinə keçirəcək ki, bu artilleriya sistemləri də əvvəlki nəsil parka aiddir.
Fransanın bu hərbi “səxavəti” əslində özünün hərbi texnika parkını müasirləşdimək və köhnə hərbi sənayenin tələbatlarına cavab verməyən arsenalını təmizləmək, utilazasiyalaşdırmaqdır. Belə hallar Fransa üçün son illər ənənəyə çevrilib və Mərkəzi-Şərqi Asiya və Afrika ölkələrindəki müstəmləkələrində “silahyuma əməliyyatı” geniş yer alıb. Ötən ilin sonlarında Ermənistana təhvil verilmiş “ACMAT Bastion” zirehli maşınları da bu plan çərçivəsində gerçəkləşib. Həmin zirehli maşınlar əvvəlcə Ukraynaya tədarük edilməsi üçün nəzərdə tutulsa da, rəsmi Kiyevin təkidi sayəsində hərbi texnika ixracı dayandırılmışdı. Hətta Ukrayna hökuməti Parisin bu addımını təəccüblə qarşılayaraq zirehli maşınların artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olması ilə səciyyələndirmiş, belə aldadıcı hərbi yardıma görə, narazılığını gizlətməmişdi.
Makron hökuməti Ermənistana və digər ölkələrə üçüncü, dördüncü nəsil işə yaramayan texnika tədarükünü həyata keçirilməklə həm hərbi sənayesini yeniləyir, həm də silah ixracından qazanc götürməyə çalışır. Fransanın son illərdə Afrika, Asiya və digər bölgələrə silah ixracında liderliyə yüksəlməsi də onun köhnə hərbi maşınlar üzərindən manipulyasiya və alver etməsinə dəlalət edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatda deyilir ki, Fransanın silah ixracı 2019-2023-cü illər arasında 47 faiz artıb və ilk dəfə bu ölkə Rusiyanı qabaqlayaraq ikinci ən böyük silah ixracatçısı olub. Fransanın silah ixracının ən böyük payı (42 faiz) Asiya və Okeaniya dövlətlərinə, digər 34 faizi isə Yaxın Şərq ölkələrinə gedib. Fransanın silah ixracının ən böyük tək alıcısı Hindistan olub ki, bu da təxminən 30 faiz təşkil edib. Fransanın silah ixracındakı artım əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub. Bu ölkələrdə müharibə olmadığından silahların hansı effektə malik olması hələlik qaranlıq qalır.
Fakt odur ki, E.Makron Ukraynaya yardım üçün müxtəlif vasitələrindən istifadə etməkdən çəkinmir, 2 ildir davam edən müharibədə Fransa Ukraynaya normal yardım etmədiyindən “borcundan” yararsız zirehli maşınlarla çıxmaq istəyir. Yəni, onun Ukraynaya münasibəti və “səmimiyyəti” 3-cü, 4-cü növ silahlarını satmaq və şəxsi biznesini artırmaqdan ibarətdir. Bu azmış kimi Makron Moldovada missiya yaratmaq, bu ərazidə də silah tədarüklərini gerçəkləşdirmək niyyətini gizlətməyib.
Bütün bunlara baxmayaraq, Fransa prezidentinin mövcud ritorikası əslində “yardım və yaxşılıq” etmək istədiyi ölkələrə ancaq zərər gətirməklə müşayiət olunur. Məsələn, Makronun Ermənistanda missiya yaratması, Fransa şirkətlərinin lisenziyası əsasında Hindistan tərəfindən istehsal olunan silahları satması həmin ölkəni daha da pis vəziyyətlə və geosiyasi təhdidlərlə üzləşdirib.
Görünür, Makron üçün hərbi yardım, silah dəstəyi kimi planlaşdırılan addımlar həqiqi kampaniya xarakteri daşıyır, biznes üçün münbit zonaya çevirir. Qazanan Fransa olsa da, Ukrayna itirir.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

