Vaşinqtonun şifrəli “mesajı” kimədir?
16.03.2024 [10:35]
İllik kəşfiyyat hesabatında yer alan məqamlar ABŞ-ın planlarını üzə çıxarır
İllərdir ki, dünyada baş verən siyasi-iqtisadi, hətta hərbi proseslərə bu və ya digər şəkildə müdaxilə etməyə çalışan Qərb bunu fərqli vasitələrlə reallaşdırır. Bəzən “siyasi bəyanat”, bəzən “yümşaq güc”, bəzən açıq hərbi yardım, bəzən isə illik hesabatlar və ya “reytinq siyahıları” tərtib etməklə Qərb özünün siyasi üstünlüyünü nümayiş etdirməyə cəhd göstərir. Bu cəhdlərin arxasında bir məqam da gizlənir - bu kimi hesabatlar və ya “cədvəllər” Qərbin dezinformasiya siyasətinin “bel sütunu” sayılır. Təsadüfi deyil ki, Qərb dünyada “demokratiya şkalası”, insan hüquq və azadlıqlarına “riayət dərəcələri” və ya münaqişə ehtimalları yaratmaqla qlobal nəzarət imkanlarını təşviq edir. Bununla həm onun standartlarının “əsas olduğunu” sübut etməyə çalışır, həm də öz istək və arzularına nəzərən dövlətləri “qara”, yaxud “ağ” siyahılara salır.
Bu kimi addımlar həm də dövlətlərarası münasibətlərə xələl yetirmək, konkret regionlara hədəflənmiş addımlar atmaq xarakteri də daşıyır. Məsələn, özünün iştirak etmədiyi ikitərəfli münasibətlərlə bağlı “ehtimallar üzərindən” danışan Qərb bununla guya mesaj ötürür - amma artıq bu kimi “mesajlar”ın qeyri-obyektivliyi və xüsusi missiya daşıması hər kəsə məlumdur.
ABŞ Milli Kəşfiyyatının alt niyyəti?
ABŞ Milli Kəşfiyyatı Direktorluq ofisinin “İllik təhdidlərin dəyərləndirilməsi” adlı xüsusi hesabatı da analoji xarakter daşıyır. Hesabatda Azərbaycana xüsusi bölmə ayrılıb - sənədin 15-ci səhifəsində Rusiyanın bölgədə təsir imkanlarının zəiflədiyi qeyd olunur. Nümunə kimi isə “Rusiyanın 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi uğurlu hərbi əməliyyata mane ola bilməməsi” göstərilir. Burada hətta Rusiyaya “Azərbaycana niyə mane olmadın” deyə qınaq da irəli sürülür.
Göründüyü kimi, bu frazalar “illik hesabatdan” ziyadə “öz mövqeyindən dəyərləndirmə” xarakteri daşımaqdadır. ABŞ Milli Kəşfiyyatı yəqin ki, regionda 30 ilə yaxındır ki, baş verənlərin məğzini, mahiyyətini, xarakterini, hətta səbəblərini də bilir. Bu baxımdan, Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara, BMT Nİzamnaməsinə, Təhlükəsizlik şurasının məlum qətnamələrinə və başqa hüquqi aktlara istinad etdiyinin də fərqindədir. “Təsir imkanları” dedikdə nəyin nəzərdə tutulması isə bir az fərqlidir. O baxımdan ki bölgənin mühüm siyasi aktorlarından sayılan Rusiyanın ayrı-ayrı bölgə dövlətləri ilə münasibətləri fərqli status daşıyır - məsələn, Azərbaycan ilə münasibətlər bərabərhüquqlu kontekstdə tənzimlənir. Moskva ilə Bakı arasında mühüm işgüzar siyasi dialoq, iqtisadi münasibətlər, humanitar əlaqələr mövcuddur. 2020-ci il Vətən müharibəsinin 10 noyabr üçtərəfli Bəyanatı ilə yekunlaşdırılması da məhz Ermənistanın Rusiyaya yalvarışlarının nəticəsi olaraq Moskvanın təşəbbüsü ilə baş tutmuşdu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində baş vermişdi - bu məsələyə hansısa dövlətin hüquqi cəhətdən müdaxilə imkanları mövcud deyil. Hətta ABŞ-ın və Fransanın belə müdaxilə imkanları olmayan bu proses Azərbaycanın hüquqi yurisdiksiyasına malik ərazilərində baş tutub.
Regiona yönəlik təhdidlərin aradan qaldırılması üçün...
Vurğulandığı kimi, hesabatda bu kimi, məqamların qeyd edilməsində alt-niyyətin olduğu ilk baxışdan bəlli olur. “Rusiyanın zəifləməsi” və “Qarabağda baş verənlərə görə Azərbaycana gücünün yetməməsi” kimi qeyri-ciddi və qeyri-hüquqi “iddiaların” təhrikedici niyyət güddüyü ortadadır. Ermənistanın Qərbin timsalında fərqli maraqları Cənubi Qafqaza daşımaq istəyini bu yolla komuflyaj etməyə çalışan ABŞ Milli Kəşfiyyatı Azərbaycan ilə Rusiya arasındakı əlaqələrə xələl yetirməyə niyyətlənib.
Qərbin, konkret ABŞ-ın son zamanlarda “Ukrayna oyununun” fiaskoya uğraması, onların “hədəflərinin” əsl istiqaməti bəlli olması ciddi narahatlıqlar yaradıb. Məhz bu narahatlıqları kompensasiya etmək üçün Qərb post-sovet regionunun fərqli bir coğrafiyasında - Cənubi Qafqazda aranı qarışdırmaq istəyir. Əslində, bu cəhdlər artıq bir müddətdir ki, davam etməkdədir. Ermənistanın timsalında özünə əlaltı tapmış Qərb onun vasitəsilə bölgəyə yönəlik siyasi təhdidlər formalaşdırır. Təbii olaraq isə heç bir nəticə əldə edə bilmir. Çünki özünə tapdığı əlaltı nəinki Cənubi Qafqazda, ümumilikdə bölgədə hər hansı bir prosesə təsir imkanlarına malik deyil. ABŞ Milli Kəşfiyyatı yaxşı dərk edir ki, bölgənin gələcək inkişaf perspetkivlərinin formalaşması böyük ölçüdə Azərbaycanın atacağı addımlarla bağlıdır. Başqa sözlə, Azərbaycan regional əməkdaşlığın inkşafına hədəflənən platformaları qurmaqla bölgədə ticari-iqtisadi əlaqələri gücləndirəcək, bunun fonunda isə siyasi əməkdaşlığın da yeni mərhələsini yaradacaq.
Beləliklə, ABŞ Milli Kəşifyyatının yaydığı “hesabatın” nəyə və kimə mesaj xarakteri daşıdığı bütün parametrlər üzrə ortadadır. Milli maraqlara istinad edən xarici siyasət kursuna malik dövlətləri gözü götürməyən bir sıra güc mərkəzlərinin bu tipli oyunları artıq aktuallıq daşımır - çünki hədəfə alınan bölgə özünün müdafiə refleksini gücləndirmək üçün tədbirlərini görür. Bu tədbirlərin ən mühüm həlqəsi isə regional əməkdaşlıqların gücləndirilməsidir. Nəticə etibarı ilə bölgəyə yönəlik bütün təhdidləri aradan qaldırmaq üçün region ölkələrinin səmimi əməkdaşlığı ilkin şərtə çevrilir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

