Milli qurtuluş Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib
07.06.2012 [01:00]
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlarla üz-üzə qalmışdı. Xüsusilə, 1991-1993-cü illərdə baş verən hadisələr tariximizdə xüsusi yer tutur. O mənada ki, həmin illərdə, xüsusilə 1993-cü ilin iyun ayında baş verən hadisələr daim xatırlanmalı və bundan sonra belə hadisələrin təkrarlanmasına imkan verilməməlidir.
Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın yeni düzəndə irəliləməsi üçün proqramlar, layihələrə və hər şeydən önəmlisi düşünən beyinlərə ehtiyacı var idi. Amma həmin dövrdə bu “beyinlər” dövlət üçün düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, dava-dalaşların qaynaq nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. ölkənin borcları durmadan artır, vətəndaşların əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü.
Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyəti daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə pisliyə doğru dəyişirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu.
709 saylı hərbi hissənin komandiri Surət Hüseynov dövlətin silahlı dəstələrinə güc gələrək paytaxta doğru irəliləməyə başladı. Həmin gün bir-birinə silah işlətməklə hər iki tərəf ölkədə vətəndaş müharibəsinə gedən təhlükəli yolun əsasını qoydular. Artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və milləti uçurumun kənarına sürükləyən AXC-Müsavat hökuməti vəziyyəti kritik vəziyyətə gətirib çıxarmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Vəziyyət elə bir dərəcəyə çatmışdı ki, qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və dövlətin taleyinin necə olacağı sual altında idi. ölkə isə Ermənistan ilə müharibə aparırdı. Ordumuzun əsgərləri düşmənlə üz-üzə qaldığı halda cəbhə xəttindən Bakıya istiqamətləndirdikləri zirehli maşınların və silahların gücü ilə hakimiyyəti zəbt etmiş bu insanlar ölkənin tam iflic vəziyyətə düşməsində böyük rol oynamışdılar. Müharibə gedən ölkədə qeyri-nizami ordunun, vahid komandanlığın olmaması ilə yanaşı, Müdafiə Nazirliyi hərbi təhlükəsizlik məsələləri ilə məşğul olmaq əvəzinə ambisiyalı savaş aparır, şəxsi maraqların girovuna çevrilirdi. Maraqlıdır ki, AXC-dən ayrılan bütün partiyalar öz silahlı dəstələrini yaradır, partiya sədrləri, hətta parlamentdə belə özlərini batalyon komandiri kimi aparırdı. Siyasi böhrandan istifadə edərək hakimiyyətə gəlmək istəyən bu siyasi qüvvələrin hakimiyyət hərisliyi həmin könüllü birləşmələrin Bakıya gətirilməsinə səbəb olmuşdu və düşmənlə üz-üzə duran ön xətt şüurlu şəkildə zəiflədilirdi.
AXC-Müsavat hakimiyyətinin bu siyasəti ölkəmizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu, Məhz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
28 May-Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev həmin dövrdə baş verən hadisələrlə bağlı bildirib: “Əfsuslar olsun ki, o illərdə hakimiyyətdəki insanlar vəzifə borcunu ləyaqətlə yerinə yetirə bilməmişlər və beləliklə, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Bizə qarşı elan edilməmiş müharibə başlamışdır. Torpaqlarımız işğal olunmağa başlamışdır. Müstəqilliyimizin ilk illərində, xüsusilə 1992-1993-cü illərdə Şuşa, Laçın və Kəlbəcərin işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı, əlaqə yaranmışdır ki, bu, ondan sonrakı müharibə dövrünə də çox mənfi təsir göstərmişdir.
Bir sözlə, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, müstəqil inkişafımız əslində şübhə altında idi. Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcək taleyi çox böyük fəlakətlərlə üzləşə bilərdi. 1993-cü ildə bütün xoşagəlməz halların qarşısı alındı, ölkədə sabitlik yarandı, inkişaf başlandı. Dövlətçiliyimizin əsasları qoyuldu və ölkəmizin ümumi inkişaf strategiyası müəyyən edildi. Bu strategiya həm xarici, həm də daxili siyasəti əhatə edirdi. Azərbaycanı müasir, demokratik ölkə kimi görmək Ulu öndərin arzusu idi. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, inkişafda olan, inkişaf edən müasir, dünyəvi, demokratik ölkədir”.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını xalqımız Milli Qurtuluş Günü kimi bayram edir. Həqiqətən də, bu qayıdış xalqın və dövlətin məhv olmaqdan xilası, qurtuluşu idi. Milli qurtuluş Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib. Yaşadığımız tarix bu faktı təsdiq edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

