ABŞ-dan Avropaya baxış...
07.03.2024 [10:35]
Almaniya və Fransa dilemma qarşısındadır
Sirr deyil ki, Avropa öz tarixinin ən çətin dövrlərindən birini yaşamaqdadır. Sovet İttifaqının dağılmasının ardından başlanan “çiçəklənmə” dövrü artıq 10 ildən çoxdur ki, geriləmə ilə əvəzlənib. Son 40-50 ildə mühüm aktuallıq daşımış “kollektiv Qərb” anlayışı XXI əsrin ikinci onilliyindən etibarən əvvəlki monolitliyini qorumaq iqtidarında görünmür. Bu həm faktlarda, həm də ayrı-ayrı siyasətçilərin ritorikasında açıq - aşkar hiss edilməkdədir.
Məsələn, Ukrayna-Rusiya müharibəsinə münasibətdə Qərbin nə fikri, nə qərarları, nə də yanaşması yekcins deyil. Hətta müharibənin ilk dövrlərində “anqlosakson ittifaqı” ilə “avrosentristlərin” fikir ayrılığı o qədər də nəzərə çarpmasa da, hazırki dönəmdə fərq bariz şəkildə üzdədir. Hətta məsələyə münasibət o dərəcədə fərqlidir ki, artıq bir sıra “missionerlər” belə işə qarışmağı özünə borc bilir.
NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin keçmiş müşaviri...
Məsələn, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində Almaniya kansleri Olaf Şoltsu çox yavaş və şübhəli, Fransa prezidenti Emmanuel Makronu isə “boş danışmaqla” məşğul olan birisi kimi dəyərləndirib. Keçmiş baş katib deyib ki, Makronun Qərb qoşunlarının Ukraynaya mümkün yeridilməsi ilə bağlı fikirləri sadəcə sözdür. “Bu, boş danışmaqdır. Makron bu yolla Fransaya edilən biabırçı şəkildə aşağı yardımı bəzəməyə çalışır”, - o, Fransa liderini qınayıb. O, həmçinin Şoltsu çox yavaş və qərarsız adlandırıb. Onun sözlərinə görə, Almaniya kansleri özünü lider kimi aparmadığı üçün Avropaya daha qətiyyətli Almaniya hökuməti lazımdır.
“Bizə qətiyyətli davranan dövlət başçıları lazımdır. Müharibə zamanı ictimai rəyə tabe olmaqla lider ola bilməzsiniz”, - Rasmussen bildirib.
Xatırladaq ki, Rasmussen 2009-cu il avqustun 1-dən 2014-cü il oktyabrın 1-nə qədər NATO-nun baş katibi olub. Ondan öncəki 8 illik dönəmdə Danimarkanın baş naziri olan Rasmussenin NATO baş katibliyi dövründə alyansla Rusiya arasında münasibətlər daha isti xarakterdə olub. Gürcüstan müharibəsi və Liviya müharibəsindən sonra kəsilən əməkdaşlıq məhz həmin dövrdə müvəqqəti də olsa, bərpa edilmişdi. Bu məsələdə isə Rasmussenin özünün də iştirakı olmuşdu. NATO baş katibi postundan ayrıldıqdan bir neçə il sonra, konkret 2016-cı ildən 2019-cu ilə qədər isə Rasmussen Ukrayna prezidentinin müşaviri vəzifəsini tutub. Başqa sözlə, Rasmussen bu məsələnin əsas “bilicilərindən” biri sayılır. Keçmiş baş katibin yenidən aktuallaşdırmağa çalışdığı “Ukraynaya Qərb qoşunu yeritmək” ideyası uğur qazanmamışdı. Bir müddət öncə Parisdə keçirilən toplantının nəticələri də göstərdi ki, Avropa bu prosesdə iştirak etməkdə maraqlı deyil. Bunun da bir sıra səbəbləri mövcuddur.
Vaşinqton heç bir halda uduzmayacaq - Avropa bunu başa düşür
Yeni siyasi fəhm göstərir ki, Avropanın məsələyə yanaşmasında fərqli baxışlar meydana çıxıb. Hətta bir sıra ölkələr Rusiyadan daha artıq şəkildə məhz ABŞ-dan qorunma refleksini gücləndirməyi “tövsiyə” edir. Bu da təbii refleksdir - həmin dövlətlər, xüsusilə Mərkəzi Avropa kontingenti təhlükənin artım xəttini və istiqamətini hiss edir. Təsəvvür etmək çətin deyil ki, Rusiyanın timsalında məhz Avropa coğrafiyasında ABŞ-a qarşı alternativin aradan qalxması Mərkəzi Avropa regionu üçün nələrə başa gələcək.
Birqütblü dünya sistemi layihəsində Avropa real olaraq özünü görmür və haqlıdır - ABŞ ötən dövrdə iqtisadi cəhətdən olduğu kimi siyasi və hərbi cəhətdən də Avropanı özünün “federativ hissəsi”nə çevirməyə başlayıb. Rasmussenin bu təzyiqi də onun bariz nəticələridir. ABŞ-ın başlatdığı bu oyunda Vaşinqton özü heç bir halda uduzan tərəf ola bilməz. Ən pis nəticə, Rusiyanın qələbəsinin ortaya çıxaracağı reallıqlarla barışmaq olacaq. Amma Mərkəzi Avropa bu situasiyada daha ağır proses keçməli olacaq ki, bu səbəbdən də müharibənin real tərəfi olmaq onlara sərf etmir. Ukraynaya qoşun göndərmək ideyası da beləliklə reallığa qovuşmur...
Təhlükə “şimala” yaxınlaşır...
Bu fakt ABŞ ilə Avropa arasındakı yanaşma fərqinin detallı tablosudur. Başqa sözlə, ABŞ-dan Avropaya baxışın ən xırda detalları belə prosesin birtərəli inkişafını görməyə imkan verir. ABŞ dağıtmaq və ya parçalamaq, Avropa isə sadəcə “cilovlamaq”, başqa sözlə ifadə etsək, maraqları uzlaşdırmaq axtarışındadır. Xatırlayaq - hələ Ukrayna müharibəsi yeni başlandığı dövrdə həm fransalı Makron, həm də almaniyalı Şolts Kremldə Putin ilə görüşmüşdü. ABŞ isə bütün təmasları istisna edərək bir yolu - müharibə yolunu seçmişdi. Bu gün ABŞ-ın təzyiqi qarşısında hətta təhqir edilən bu dövlət rəhbərlərinin düşdükləri durum ürəkaçan deyil. Onlar Qərbi Avropanın hərbi müdafiəsinin NATO tərəfindən təmin edildiyi reallığı qarşısında tərksilah olurlar. Bəzi hallarda ABŞ-ın Rusiyaya qarşı “Şimal cəbhəsi” açacağı ilə bağlı yayılan informasiyalar müharibənin Almaniya və Fransa sərhədlərinə daşınmasına yol açacaq. Avrosentristlər ABŞ maraqlarının “mərkəzdən şimala” sürüşdüyünün fərqindədirlər - bu səbəbdən də təhlükəsizliyin təmin edilməsi artıq onlar üçün 1 nömrəli şərtə çevrilib. İsveç ilə Finlandiyanın NATO-ya qəbul edilməsi bu təhlükəni daha da labüdləşdirib...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11

