Milli Məclisin 24 fevral 1994-cü il 791 №-li qərarı
24.02.2024 [09:53]
“Bu gün mən Milli Məclisə təklif verdim...”
Parlament qəbul etdi
“...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”
Heydər Əliyev
XX əsrin sonlarından etibarən Azərbaycanda daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində böyük işlərə imza atılıb. Həmin illərdə xalqın təkidi ilə hakimiyyətə gətirilən Heydər Əliyevin çoxşaxəli hərbi və siyasi uğurlarının nəticəsi kimi 1994-cü ildə atəşkəs təmin edildi. Yalnız bu addımdan sonra Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşdular.
Bütün sadalananları nəzərə alsaq deyə bilərik ki, Ulu Öndər Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı və təşəbbüskarıdır. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdi. Nəhayət, Heydər Əliyevin təşəbbüsü öz nəticəsini verdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunmağa başladı və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Bu məsələ ilə əlaqədar parlamentin xüsusi bəyanat və müraciətləri qəbul edildi, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən Xocalı soyqırımının tanınması və pislənməsi, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işinin tezliklə başa çatdırılması xahiş edildi.
Eyni tarixdə Milli Məclis bütün dünya azərbaycanlılarına müraciət də ünvanlamışdı. Bu müraciət ilə ümumi Vətənimiz Azərbaycana bağlı olan hər bir soydaşımız, yurddaşımız və həmvətənimiz fevralın 26-nı “Xocalı soyqırımı günü” kimi keçirməyə çağırılıb. Müraciətdə bildirilirdi ki, bütün dünya azərbaycanlıları onun bu çağırışına qoşulacaq, ermənilərin törətdiyi təcavüzkar işğalçılıq müharibəsində xalqımızın başına gətirilən müsibətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün imkanını əsirgəməyəcək və bununla da Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmizə qoşulacaqlar.
“Xocalı soyqırımı (genosidi) günü haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı” adlanan sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin (müraciətin mətni əlavə olunur).
Bakı şəhəri, 24 fevral 1994-cü il”.
Bununla da, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Həmçinin, Ümummilli Liderin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. Bir il sonra - 1995-ci il 24 fevralda Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı daha bir müraciət ünvanladı.
Göründüyü kimi, Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev bu haqda öz fikrini belə ifadə etmişdi: “...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

