Bizi birləşdirən ümummilli məsələ...
16.02.2024 [10:30]
Həmrəyliyimiz cəmiyyətimizi daha da möhkəmləndirir
NARDAR
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti nəticəsində Azərbaycan davamlı olaraq uğurlar qazanıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə nailiyyətlərimizin zirvəsini təşkil edir. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verib, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr neytrallaşdırılıb. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.
Əlbəttə ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında və Qarabağda erməni separatizminin kökünün kəsilməsində milli birliyimiz müstəsna rol oynadı. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasında milli həmrəylik faktoru xüsusi əhəmiyyət daşıyır. 44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Milli birlik və həmrəylik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırış ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. Prezident İlham Əliyev də fevralın 14-də andiçmə mərasimindəki çıxışında bildirib ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib: “Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.
Dövlətimizin başçısı həmçinin, qeyd edib ki, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Bu, o deməkdir ki, Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Torpaqlarımızın işğaldan azad olunmasında ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də canlarını qurban verərək şəhidlik zirvəsinə ucaldılar. Bütün bunlar onu göstərir ki, bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.
Ölkəmizdəki bu birliyi, həmrəyliyi şərtləndirən amillər sırasında milli-mənəvi dəyərlərimizə sadiqlik də önəmli rol oynayır. Eyni zamanda, vətəndaş cəmiyyətinin davamlı olaraq inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması və digər faktorlar milli birliyimizə və həmrəyliyimizə xüsusi rəng qatır. Prezident İlham Əliyev andiçmə mərasimində bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımların atılacağını bəyan edib. “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”-deyən dövlətimizin başçısı əlavə edib ki, çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Prezident vurğulayıb: “Bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”.
Ona görə də, milli həmrəyliyimizin daim gücləndirilməsi vacib şərtdir. Şübhəsiz ki, belə də olacaq. Beləliklə, 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu, o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyil və istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur. Bütün bunların fonunda xalqımız 7 fevral seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək öz Liderinə sarsılmaz inamını bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

