ABŞ-ın ikili standartları...
16.02.2024 [10:20]
Vaşinqton ermənilərin minaladığı ərazilərin təmizlənməsinə niyə yardım göstərmir?
N.BAYRAMLI
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,34 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini təsdiq edib. Senatda keçirilən səsvermə nəticəsində qanun layihəsi qəbul olunub. Bu layihə Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaiti ayrılmasını nəzərdə tutur. Senatdakı səsvermədən sonra qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək.
Əlbəttə, istənilən halda humanizm, siyasi tərəfdaşlıq və digər prizmalardan yanaşanda ABŞ-ın kritik dönəmlər yaşayan ölkələrə yardım ayırması təbiidir. Ancaq ortada bu faktlar da var ki, ABŞ heç də humanizm prinsiplərindən çıxış etmir, onun özünün ikili yanaşmaları var. Söhbət ondan gedir ki, hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən Amerika rəsmiləri, xüsusilə konqresmenlər 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Bu isə onu göstərir ki, ABŞ bu yanaşmasında da səmimi deyil.
Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-ın qanunvericilik orqanında Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və qrupun xeyli üzvü var. Bu qrup və erməni lobbisinin təsiri altında olan digər konqresmenlər Azərbaycana qarşı daim qərəz nümayiş etdirirlər. Həmsöhbətimiz xatırladıb ki, Qarabağda erməni separatizminin kökü kəsilənə qədər Senat hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırırdı: “Həm Ermənistana, həm də separatçı rejimə pul dəstəyi göstərilib. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımlar idi. Müharibə bitdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Senatın həmin vəsaitin ermənilərə guya humanitar məqsədlər, o cümlədən minatəmizləmə əməliyyatı üçün ayrıldığı bildirilirdi. Amma həmin vəsaitin xərclənməsinə nəzarət var idimi? Əlbəttə ki, yox. Əslində, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər bu torpaqlarda on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən indiyə qədər isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərmək əsassız idi. Məlum idi ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi üçün istifadə olunurdu”.
Politoloq söyləyib ki, belə hallara qarşı Azərbaycan həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti platformasında ABŞ-a öz etirazlarını bildirib: “Hazırda Qarabağ erməni separatçılarından tamamilə təmizlənib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri həyata keçirilir. Buna paralel olaraq, həmin ərazilər minalardan təmizlənir. Mina problemi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ən böyük təhdiddir. Burada sual yaranır ki, ABŞ Azərbaycana minatəmizləmə prosesi, bütövlükdə ərazilərin bərpası işində nə üçün yardım etmir? Səbəb aydındır: ikili standartlar”.
R.Alıyev qeyd edib ki, əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları ciddi yardım göstərməlidir. Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin
humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə heç bir kömək etmir. “Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycana qarşı isə böhtan atırlar. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür. Məhz bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb. Ona görə də, digər ölkələrlə müqayisədə ABŞ Azərbaycana yardım göstərmir. Əslində, ölkəmizin heç kimin yardımına ehtiyacı yoxdur. Sadəcə, söhbət reallıqlara ədalətsiz yanaşmadan gedir”-politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

