Siyasi manipulyasiya çıxış yolu deyil
14.02.2024 [10:20]
Ermənistan sülhdən imtina yolunu tutur
Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti yaratmağa çalışsa da, Ermənistan bu təşəbbüsə adekvat cavab vermir. Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması, sadəcə imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti bu addımı ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Əslində, belə bir “siyasət” əsl erməni xislətidir. Çünki 30 illik işğal siyasəti həyata keçirən zaman da İrəvan sülhdən danışırdı və sanki Azərbaycanın torpaqlarını işğal edən bu ölkə deyildi. Məqsəd isə bundan ibarət idi ki, torpaqlarımızı həmişə işğal altında saxlaya bilsinlər. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin də heç bir nəticə verməməsi bunun göstəricisi idi. Çünki Ermənistan danışıqlara guya sülh tərəfdarı olması görüntüsü yaratmaq üçün qatılırdı. Sülh prosesində isə bir addım belə irəli addım atılmadı. Ona görə də, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təmin etdi.
Xarici havadarlarının təhriki, Paşinyanın müsahibəsində aqressiv ton...
Lakin görünən odur ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından lazımi dərs çıxarmayıb. Rəsmi İrəvan xarici havadarlarının təhriki ilə sülh sazişini imzalamaqdan yayınır, revanşist iddialarla çıxış edir. Bu səbəbdəndir ki, son üç ildən artıq müddətdə törətdiyi təxribatlara görə ordumuz tərəfindən layiqli cavab alsa da, erməni tərəfi təxribatlarını davam etdirir. Fevralın 12-də Zəngilan istiqamətində mövqelərimizə atəş açılması və bir sərhədçimizin yaralanması da bunu təsdiqləyir.
Yeri gəlmişkən, Ermənistanın baş naziri N.Paşinyanın fevralın 11-də “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. Ümumiyyətlə, Paşinyan sözügedən qəzetə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilir ki, müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinin məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur.
Beynəlxalq öhdəliklərə riayət edilməlidir
Şərhdə deyilir: “Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir”. Qeyd olunub ki, Ermənistan baş nazirinə, həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bugünədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir. “Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, -deyə XİN bəyan edib.
Ermənistan ən müasir silahlar alır?
Beləliklə, Ermənistanın sülhə maraqlı olmadığı göz önündədir. Paşinyanın müsahibədəki fikirləri ilə yanaşı, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindisdan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığına dəlalət edən faktordur. Belə ki, “Bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı ciddi razılaşmalarımız var. Amma deməliyəm ki, bizim hərbi-texniki sahədə supergüc olan və ciddi irəliləyiş əldə etmiş dövlətlərlə də razılaşmalarımız var. Təbii ki, biz bu barədə danışmayacağıq, ancaq razılaşma təkcə Fransa və Hindistanda deyil”, - deyən Xaçatryan “son bir ildə daha böyük işlərin görüldüyünü” söyləyib. Erməni deputat iddia edib ki, Ermənistan ən müasir, ən azı dördüncü və beşinci nəsil sayıla biləcək silahlar alır: “Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə biz də ciddi təhlil aparmış oluruq və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var, hansı dövlətlər bu silahlara malikdir və onları satmağa hazırdır. Biz əlbəttə, bu ölkələrlə əməkdaşlıq edirik”.
Əlbəttə ki, Xaçatryanın bu açıqlaması Ermənistanın hərbi qarşıdurmanın davam etməsinə maraqlı olduğunu göstərir. Əks halda, silahlanmaya bu qədər diqqət yetirilməzdi. Amma İrəvan unutmamalıdır ki, Azərbaycan Ordusunun hərbi təxribatlara cavabı bundan sonra da çox sərt olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15

