Şuşanın işğalı erməni vandalizminin növbəti nümunəsidir
03.05.2012 [01:06]
Kimsəyə sirr deyil ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi hesabına “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi olub. Ən müxtəlif zaman kəsimlərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış edib və azərbaycanlıları etnik soyqırımına məruz qoyublar. Əlbəttə ki, ölkəmizə qarşı reallaşdırılan bu cür sistemli, davamlı və nizamlı terror, soyqırımı aktları məqsədyönlü olub və xarici güclərin bilavasitə dəstəyi əsasında həyata keçirilib.
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin növbəti həlqələrindən birini də Şuşanın işğal edilməsi təşkil edir. Belə ki, ölkəmizə qarşı həyata keçirilən sistemli işğal siyasətinin fonunda Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyi talan ediblər, yüzlərlə tarix-mədəniyyət abidəsi dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qoyulub.
Qeyd etmək lazımdır ki, Şuşa əsrlər boyu Azərbaycanın mədəni və siyasi mərkəzlərindən biri olub və onun tarixi Azərbaycan tarixinin ayrılmaz komponentini təşkil edib. Şuşanın Azərbaycan tarixindəki önəmi ondan ibarətdir ki, bu qədim şəhər ölkəmizə görkəmli xanəndələr, bəstəkarlar, musiqiçilər və dirijorlar bəxş etməklə yanaşı (məhz buna görə Şuşa “Şərqin konservatoriyası” adlandırılır), eyni zamanda, dahi maarifçilərin, pedaqoqların, böyük ədiblərin, bir sözlə, ziyalılar ailəsinin məskəni olub. O da vurğulanmalıdır ki, işğalçı qüvvələr qədim mədəniyyət məskəni olan bu şəhərdə tariximizin misilsiz nümunələri olan maddi-mədəniyyət nümunələrini kütləvi surətdə məhv etməkdədirlər.
Qeyd edək ki, bu il Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 20 il ötür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir: “Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.
1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır”.
Sərəncamda o da əks olunub ki, 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı: “Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi”.
Əlbəttə ki, bəhs olunan Sərəncam erməni təcavüzü haqqında həqiqətlərin aşkar edilməsi və dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan öz prinsipial, qətiyyətli mövqeyindən heç bir halda geri çəkilməyəcək və işğal altında olan ərazilərin azad edilməsi üçün bütün vasitə və resurslardan istifadə edəcək. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi praqmatik xarici siyasət kursu sayəsində işğal altındakı ərazilərimiz azad ediləcək. Əgər danışıqlar istənilən nəticəni verməsə, Azərbaycan hərb yoluna da istinad edəcək. Qısası, beynəlxalq hüquq normaları da tam mənada imkan verir ki, diplomatik vasitələrin, sülh danışıqlarının nəticə vermədiyi məqamda - sözün bitdiyi anda Azərbaycan silahlı müdafiə metodu və mexanizminə baş vursun. Təbii ki, öz torpaqlarını güc tətbiqi vasitəsilə azad etmək Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit olunmuş ali hüququdur. Elə 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da bu prinsip və hüquq birmənalı şəkildə - heç bir şübhə yeri qoyulmadan təsdiq edilir: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49

